"Deyirdi, məni mələklər izləyir..."- UŞAQ İNTİHARLARI

Molla yanına Quran öyrənməyə gedən 12 yaşlı uşağın məktub yazaraq intihar etməsi sözün əsl mənasında gündəmi alt-üst etdi. O, həmin məktubda bunları yazmışdı: "Mama, siz bunları oxuyanda mən sevimli peyğəmbərimizin yanında olacam... Mənə görə toyu təxirə salmayın... Bacı, səndən bir şey xahiş edəcəm, oğlun olsa adını İsmayıl qoy".

Bu faciəvi hadisə azyaşlı uşaqların dini təhsil alıb-almamaları məsələsini yenidən müzakirə mövzusuna çevirdi. Ümumiyyətlə, azyaşlı uşaqlara dini təhsil verilməlidirmi? Din onların psixologiyasında hansı dəyişikliklərə səbəb olur? Ailem.az bu və digər suallara aydınlıq gətirməyə çalışıb.

"Molla bunu yalnız pul üçün edir"

Dini mütəxəssis Elşad Miri deyir ki, dinin kimlərinsə yanında, fərdi qaydada öyrənilməsi doğru deyil, çünki bu, gələcəkdə fəsadlar yarada bilir: "Elə dünənki hadisə də bunu göstərdi. Din öyrənmək üçün uşaqları xüsusi müəllimlərin yanına göndərməli oluruq. Çünki faktiki olaraq bu məsələ ilə bağlı elə bir xüsusi qayda yoxdur. Mən özüm də bir zamanlar din öyrənmək üçün molla yanına gedirdim. Amma müəyyən müddət sonra gördük ki, bu öyrənmə çox uzun çəkir. Daha sonra məlum oldu ki, molla bunu yalnız pul üçün edir. Yaxud biri gedir Səudiyyə Ərəbistanında təhsil alıb gəlir, bir başqası gedib Türkiyədə oxuyur. Oradakı müxtəlif qrupların təsiri altına düşür və gəlib o əqidəni burda tətbiq etməyə çalışır. Buna görə biz ekspertlərlə, mütəxəssislərlə Quranın tərcüməsini etməliyik, Qurana əsaslanan dinlə bağlı məqsədləri onlara gözəl şəkildə çatdırmalıyıq. İslam dinində din öyrənmək və elm heç zaman bir-birindən ayrılmayıb. Həmişə məsələyə bir aspektdən yanaşılıb. Ona görə də bu gün gedib haradasa, kiminsə yanında din öyrənməkdənsə, bu məsələ ilə bağlı konkret olaraq Təhsil Nazirliyi tərəfindən xüsusi fakültativ də olsa, fənnin tədris edilməsi üçün bir şərait yaradılmalı və yaxud da tədris olunmalıdır".

Allahın adını çəkdim, buna görə cəzalandırılacam

Mövzunun psixoloji məqamlarına aydınlıq gətirən klinik psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, bu hallara daha çox yetkinlik yaşına çatmayan uşaqlarda rast gəlinir: "Bu yaşlarda uşaqlar xüsusilə həssasdır. Məsələn, görürsən ki, kimisi melanxolik, depressiv mahnılara qulaq asır və intihar edir, kimisi hansısa dini əqidələrin təsirinə düşərək intihar edir və sair. Bu hadisə də mollanın verdiyi informasiya ilə bağlı yox, daha çox uşağın psixikası ilə bağlı bir şeydir. Yəni bu, nevrozun bir formasıdır. Valideyn diqqət etməlidir ki, uşaqda birdən-birə həddindən artıq dinə qarşı meyl yaranıb. Elə uşaqlar var ki, onlarda təmizkarlıq, vasvasılıq kimi problemlər var. Məsələn, ətrafımızda elə insanlar var hər şeydən iyrənirlər, yəni ifrata varırlar. Bunun kimi həddindən çox dinə yönələn uşaqlar da olur. Hətta Allahın onları cəzalandıracağını deyir, "tualetə getdim mənim ağzıma dini bir söz gəldi, Allahın adını çəkdim, buna görə cəzalandırılacam" - söyləyir. "Mən belə etmək istəmirdim, şeytan məni yoldan çıxardı" - kimi ifadələr işlədir. Valideyn isə bundan çox məmnun olur. Deyir ki, uşaq var 12 yaşındadır, siqaretə meyl göstərir, mənim uşağım isə dinə maraq göstərir. Amma xeyr, bu, doğru deyil".

Deyirdi ki, məni mələklər izləyir

Psixoloq söyləyir ki, özünə qapalı, ünsiyyətsiz, sosial sferası dar olan uşaqlarda bu hal özünü daha çox göstərir: "Özgüvənsiz uşaqlar daha çox təsir altına düşürlər. Belə suallar verirlər ki, Allah məni cəzalandırarmı? Özümdə pis şey hiss edirəm. Bax bu kimi şikayətlər varsa, valideyn mütləq barmağını dişləməlidir ki, bu, nevrozun başlanğıcı ola bilər. Psixoloqa, psixoterapevtə, nevroloqa müraciət edərək uşağa vaxtında müdaxilə edilməlidir. Hətta bizə bir uşaq gəlmişdi. Deyirdi ki, məni mələklər izləyir. Evdə cərəyana qızdırıcı taxmışdılar. Gözünə həmin qızdırıcının dəmir ilməyini soxmuşdu. Uşağın bir gözü tələf oldu. Bax o da bu şəkildə dinə həddindən çox meyllə başlamışdı. Valideynlər isə demişdi ki, nə gözəl, dindar uşaqdır. Amma getdikcə uşağın şəxsiyyətində pozulmalar oldu, uşaqda nevroza çevrildi və artıq uşağın qulağına qeybdən səslər gəlirdi, hallüsinasiyalar yaşayırdı".

Uşaq bu həyatda yaşamağa səbəb görmür

N.Rüstəmova vurğulayır ki, bu hallarda əsas məsuliyyət valideynin üzərinə düşür. Valideyn övladında birdən-birə dinə böyük maraq yarandığına diqqət etməlidir: "Xüsusi qruplaşmalar var ki, o yaşda uşaqları öz təsirlərinə salırlar. Yəni həmin uşaqlar pis insanların əlinə də düşə bilir və onlardan istifadə edərlər. Diqqət etsəniz görərsiniz ki, hətta Suriyada dini inanclarından istifadə edilərək, mənfi istiqamətlərə yönləndirilən əksər gənclər yetkinlik yaşına çatmayanlardır. Dünənki hadisədə də uşaq vurğulayır ki, mən gedirəm peyğəmbərin yanına. Bu, onun göstəricisidir ki, uşaq bu həyatda yaşamağa artıq heç bir səbəb görmür. Öz dünyasında fikirləşir ki, yəni bu dünyada qaldıqca mən daha çox günah etmiş olacam. Cəhənnəmə haqq qazandıracam. Ona görə gedirəm peyğəmbərimin yanına. Əslində bunun özü bir cinayətdir və günahdır. Burada dinə maraq nevroz səviyyəsinə yüksəlib. Valideyn övladına diqqət etməlidir və uşaqda bu kimi hallar yarandıqda bunu xəstəlik kimi dəyərləndirməlidir. Əksinə, daha da yönləndirməməlidir həmin istiqamətə. Uşaq bu zaman özünə qapanar, təhsildən uzaqlaşar, mənbəyi məlum olmayan informasiyalar alar. Çünki o, uşaqlıq dövrünü başa vurmayıb və hər bir kənar təsirə açıqdır. Qəribədir ki, uşaq məsələn, roka qulaq asırsa, valideyn narahat olur, amma uşağının dinə yönəldiyini görəndə narahat olmur. Təbii ki, hər birimiz müsəlmanıq, amma bu, müsəlmançılıqla bağlı bir şey deyil. Bu, uşağın nevrozu ilə bağlıdır ki, çox zaman 9-14 yaş ərəfəsində meydana çıxır. Ona görə bu mərhələdə valideynlər çox diqqət etməlidir. Çünki bu cür maraqların sonu intiharla nəticələnə bilər".
"Deyirdi, məni mələklər izləyir..."- UŞAQ İNTİHARLARI"Deyirdi, məni mələklər izləyir..."- UŞAQ İNTİHARLARI"Deyirdi, məni mələklər izləyir..."- UŞAQ İNTİHARLARI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3310   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021