Mikayıl Cabbarov necə nazir oldu?

Mikayıl Cabbarov necə nazir oldu?Azərbaycan Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə təhsil naziri təyin edilmiş Mikayıl Cabbarov bu vəzifədə çalışdığı illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununun yenilənməsi üçün bir çox işlər görüb.

Bu müddət ərzində görülən ən əsas işlərdən biri müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində həyata keçirilən tədbirlər - ilk dəfə olaraq, onların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması olub. Bu qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Bu proses müəllimlərin rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, onların bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsinə, zəif müəllimləri müəyyən etməyə də imkan verib.

Ötən müddət ərzində müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində də işlər aparılıb. Bu siyasət ölkədə daha bilikli və hazırlıqlı insanların müəllim peşəsini seçməsinə stimul yaradıb. Həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Yalnız 2017-2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib ki, bu da böyük nailiyyət sayıla bilər.

Təhsilin keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər ərzində ali məktəblərə qəbul imtahanı zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin də sayı artıb. Son 4 ildə 300-dən çox bal toplayan abituriyentlərin sayı 15.8 faizi, 400 baldan çox - 18.8 faiz, 500 baldan çox - 27.6 faiz, 600-dən çox bal toplayanların sayı isə 43.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artmasına gətirib. Müsbət dinamika bütün ixtisas qrupları üzrə müşahidə olunur.

Ötən illər ərzində yerlərdə regional təhsil idarələrinin yaradılması da təhsilin inkişafına xidmət edən addımlardan biri olub. Prezident İlham Əliyevin 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq.

M.Cabbarovun təhsil naziri olduğu müddətdə ölkədə 5 yaşlıların məktəbəhazırlıq qruplarına cəlbi sahəsində də əhəmiyyətli addımlar atılıb. Orta məktəblərdə dövlət hesabına məktəbəhazırlıq qruplarının yaradılması məktəbəhazırlıq təhsilinə cəlb edilən uşaqların sayının xeyli artmasına yardım edib. Qeyd edək ki, əvvəllər 5 yaşlılar məktəbə hazırlıq təhsilinə ödənişli əsaslarla cəlb edilirdilər.

Aparılan islahatlar nəticəsində dövlət hesabına məktəbəhazırlıq qrupları ilk dəfə olaraq, 2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyətə başlayıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.

Ölkədə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün peşə təhsili də prioritet sahə elan edilib, müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulması ölkənin təhsil sistemində hədəf istiqamət kimi qəbul edilib. İslahatlların uğurlu icrasını təmin etmək üçün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Bununla yanaşı, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli Məclisin Elm və təhsil komitəsində hazırlanıb.

Ötən müddətdə ən üzdə olan yeniliklərindən və həm də tətbiqinə qədər ictimaiyyət tərəfindən xeyli müzakirəyə səbəb olan məsələlərindən biri orta məktəblərdə tədris ilinin müddətinin uzadılması ilə bağlı olub. Dərs ilinin uzadılması təklifi qaldırılarkən bu, bir çoxları tərəfindən narazılıqla qarşılansa da, 2016-cı ildə dərs ili ərzindəki tədris həftələrinin sayının artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılması barədə qərar verildi. Əsas səbəb kimi isə bu göstərildi ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradırdı, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar təhsilalanların sağlamlığına mənfi təsir göstərirdi. Tədris həftəsinin müddətinin uzadılması isə şagirdlərin təlim yükünün azaldılmasına, onların proqram materiallarını səmərəli mənimsəməsi üçün əlverişli təhsil mühitinin yaradılmasına kömək edəcək.

Ötən müddətdə ilk dəfə olaraq, IX sinfi bitirən məzunlara şəhadətnamə deyil, attestat verilməsi və eyni zamanda, məzunlara verilən attestatların fərqləndirilməsi barədə qərar verildi. Yeni redaksiyada təsdiq olunmuş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na görə, 2016-2017-ci tədris ilinin sonundan başlayaraq, ümumi orta təhsil səviyyəsini bitirənlərə adi və ya fərqlənmə, tam orta təhsil səviyyəsini bitirən məzunlara isə adi, fərqlənmə və ya xüsusi nümunəli attestatlar verilir.

Son dövrün ən əsas yeniliklərindən biri isə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli ilə bağlı açıqlanan qərar olub. 2019-cu ildə tətbiqi nəzərdə tutulan bu modelə əsasən, ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.

Mikayıl Cabbarovun ABŞ-ın Pasifik Universitetinin "McGeorge" hüquq məktəbində hüquq təhsili aldıqdan sonra 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alması nazirin iqtisadiyyat sahəsində də səmərəli fəaliyyət göstərməsinə səbəb olub. Belə ki, Mikayıl Cabbarov 2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.

Mikayıl Cabbarovun təhsil naziri kimi apardığı uğurlu islahatların özünü doğrultmasını, eləcə də iqtisadiyyat sahəsində səmərəli fəaliyyətinin nəticəsidir ki, bu postdan sonra ona yeni bir sahə - vergilər sahəsi həvalə edildi. İqtisadiyyat sahəsində topladığı zəngin təcrübə Mikayıl Cabbarovun vergilər sahəsində də uğurla fəaliyyət göstərəcəyini, dövlət başçısının etimadını doğruldacağını deməyə əsas verir.

mənbə: trend


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3784   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021