"Mən o qeyrətin sahibi deyiləm ki, anam və bacılarım Türkiyəyə getsin" - Salyanda 4 bacısını öldürən Fəqan

"Mən o qeyrətin sahibi deyiləm ki, anam və bacılarım Türkiyəyə getsin" - Salyanda 4 bacısını öldürən FəqanSalyan rayonunda ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi "Xəzər TV" də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Sonxeber.az bildirir ki, qafqazinfo-ya açıqlama verən X.Hidayətqızı bildirib ki, Mehparə Əliyeva və 4 qızının axtarışları üçün bacısı Dürdanə onlara müraciət edib: "Bu ailənin araşdırması ilə birbaşa özüm məşğul olurdum. Sorğu verib öyrəndik ki, onlar sərhədi keçməyiblər. Fikirləşdim ki, ölkədədirlərsə, ola bilməz ki, 3 il ərzində hardasa görünməsinlər. Bizə çoxlu şübhəli zənglər gəlirdi. Kişi və qadın səsləri ilə başqa-başqa nömrələrdən zəng edib deyirdilər ki, filan yerdə gördüm. Hər dəfə bir ünvan deyilirdi. Əməkdaşlarımız da həmin yerlərə baş çəkirdi, amma boş çıxırdı. Bilirdik ki, bunlar məqsədli zənglərdir.

Bu işin izinə düşməyimizə Mehparə xanımla birgə işləyən bir qadın kömək etdi. O, bizə dedi ki, Fəqanı görüb və ondan anası ilə bacılarını soruşub. Fəqan ona deyib ki, onlar Türkiyəyə gedib. Biz onlar sərhədi keçmədiyini bildiyimiz üçün Fərhadla Fəqanın bu işdə əli olduğunu düşündük. Bundan sonra mən onların axtarışını saxlayıb Fərhadla Fəqanı axtarmağa başladım. Çünki biz uzun müddətdir onları tapa bilmirdik. Onların fotolarını efirdə yayımlayıb insanlardan kömək istədik. Fərhadın valideynləri də bizə məlumat vermədilər. Üç gün öncə öyrəndik ki, Fərhad Salyana gedib.

Dərhal ora yollandıq və onlarla yarım saatlıq söhbətimizdən sonra Fərhadla oğlu oradan da qaçdılar. Dünən efirdə onların Türkiyəyə getməsi iddiası da səsləndi, efir bitəndə sonra Fəqan mənə zəng etdi. O telefonda qışqıraraq "mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm" dedi. Dürdanə də həmişə deyirdi ki, Fərhad onları öldürüb, bunu efirdə də demişdi. Bu gün xəbəri görəndə şok oldum".

X.Hidayətqızı bildirib ki, M.Əliyevanın bacısı Dürdanə müraciət edərkən Fərhadın içki düşkünü olduğunu, arvadı və qızlarına necə işgəncələr verdiyini danışıb. Böyük bacı İradənin 32 yaşı olub. M.Əliyevanın qızlarının heç biri ali təhsil almayıb və ailə qurmayıblar. M.Əliyeva isə paytaxtda evlərdə təmizlik işləri görərək qızlarını saxlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2620   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021