Avropanın dondurucu soyuqları Azərbaycana gəlir?
Son günlər bir sıra Avropa ölkələrində soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bəzilərində isə həyat iflic olub.
Böyük Britaniyada yağan güclü qar bütün nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Əhaliyə məcburiyyət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub. Fransanın 32 departamentində kəskin hava şəraiti ilə əlaqədar təhlükə səviyyəsi ən yüksək həddə elan olunub. Buna səbəb ölkə ərazisində tüğyan edə "Ana" qasırğasıdır.
Bir neçə gündür soyuq hava axını Türkiyədə də müşahidə olunur. Əhaliyə bununla bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Publika.az-a açıqlamasında yaxın günlərdə ölkə ərazisində hava şəraitində mühüm bir dəyişikliyin gözlənilmədiyini deyib:
"Ölkə ərazisində hava şəraiti nisbətən sabit və əsasən yağmursuz keçəcək. Dekabrın 11-i axşam, 12-si səhər və axşam saatlarında Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə şimal-qərb küləyinin güclənməsi müşahidə ediləcək. 13-14-də isə temperatur rejimində dəyişiklik gözlənilmir".
Bu il qışın necə keçəcəyi ilə bağlı proqnoza gəldikdə, G.Məmmədova bunun dekabrın 15-dən sonra açıqlana biləcəyini dedi.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 6550 Tarix: 11 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala
24 aprelAzərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı
Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini
25 aprelTürkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes
25 aprelBakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO
Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini
25 aprelElmira Süleymanova dəfn olundu
Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb
25 aprel