Pensiyalarla bağlı açıqlama

Pensiyalarla bağlı açıqlamaAzərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur. Adambaşına pensiya xərcləri üzrə Azərbaycanın guya inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalması barədə fikirlər mövzunun tam araşdırılmamasının nəticəsi kimi qiymətləndirilə bilər. Pensiya xərclərinin ümumi daxil məhsulda xüsusi çəkisi ilə bağlı natamam təhlillər, eləcə də ölkəmizdə pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar cəmiyyəti çaşdırmağa, ölkəmizin sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini gözdən salmağa yönəlib.

Sonxeber.az bildirir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Şöbə müdiri vurğulayıb ki, pensiya təminatı kimi çoxşaxəli sosial-iqtisadi və demoqrafik amillər sisteminn təsirlərinə məruz qalan bir sahəyə dair əsaslı qiymətləndirmə aparmadan, demoqrafik xüsusiyyətlər, əhalinin yaş tərkibi və pensiya xərclərinin əsaslı hissəsinin benefisiarı olan yaşlı əhalinin xüsusi çəkisi, bütövlükdə demoqrafik proseslər və qlobal miqyasda əhalinin yaşlanması meyilləri, bütün bunların milli iqtisadiyyatın müxtəlif sektorları ilə qarşılıqlı təsirləri nəzərə alınmadan, Azərbaycanın müxtəlif ölkələrlə "müqayisəli təhlil" cəhdləri baxılan məsələnin mürəkkəb və dərin mahiyyətinə tam varılmadığını göstərir. Bu amillərin vacib rolu barədə çox kiçik bir araşdırma aparmaqla, bəzi məlumatlarda istinad edilən adambaşına pensiya xərci kimi bir göstəricinin müqayisə üçün uyğun olmadığını anlamaq mümkündür:

"Təkcə onu demək yetərlildir ki, BMT-nin 2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu üzv ölkələrindən Polşa, İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni göstəricisindən 2,4-2,9 dəfə çoxdur. Digər tərəfdən, sadalanan ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından 4-8 dəfə (Polşa, İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı vacib amildir. Aydındır ki, bütün bunlar ölkələr üzrə pensiya sistemi benefisiarlarının sayının və nəticə etibarı ilə pensiya xərclərinin həcminin, eləcə də bu xərclərin ÜDM-ə nisbətinin ciddi şəkildə fərqlənməsini şərtləndirir. Meydana çıxan belə fərqlər isə ölkələrin pensiya təminatı vəziyyətinin müqayisəli qiymətləndirilməsində yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbətinin daha məqsədəuyğun göstərici olduğunu ortaya qoyur. Çünki bu meyar ölkələr arasında müqayisəli təhlilin nəticələrində demoqrafik xüsusiyyətlərin uzlaşmamasından doğa biləcək fərqləri aradan qaldıraraq, tutuşdurulan göstəriciləri ahəngləşdirməklə daha dolğun və obyektiv müqayisəni təmin edir".

Nazirlik rəsmisi əlavə edib ki, OECD üzrə ən son açıqlanan məlumatlar əsasında hesablamalar göstərir ki, yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti Polşada 0,43 faiz, İspaniyada 0,46 faiz, Avstriyada 0,54 faiz, Belçikada 0,41 faiz, Fransada 0,53 faiz, Almaniyada 0,36 faiz, İtaliyada 0,56 faiz olmaqla Azərbaycan üzrə eyni göstəriciyə (0,5 faiz) yaxındır və göründüyü kimi, hətta bəzi hallarda aşağıdır:

"Bu isə respublikamızda yaşlı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,5 faizi həcmində düşən pensiya xərcinin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin göstəricisinə uyğun olduğunu əyani şəkildə təsdiqləyir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan üzrə 0,5 faizlik bu göstərici postsovet ölkələrindən Belarus (0,45 faiz), Gürcüstan (0,22 faiz), Qazaxıstan (0,34 faiz), Rusiya (0,36 faiz), Ukrayna (0,46 faiz), eləcə də Baltikyanı ölkələrin (orta hesabla 0,28 faiz) göstəricilərini üstələyir: "Ayrıca vurğulamaq istərdim ki, əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda ölkəmizdə əhalinin sosial müdafiəsi məsələlərinin daim xüsusi diqqət mərkəzində saxlanması nəticəsində sosial proqramlar vaxtında və tam icra edilir, yeni-yeni sosial yönümlü təşəbbüslər reallaşdırılır. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 460 min nəfər müxtəlif növ müavinətlər, 97 min ailənin 400 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 326 milyon manatdan çox vəsait ödənilir".

E.Babayev vurğulayıb ki, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının ötən ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbətinə görə postsovet ölkələri arasında ilk ikilikdə yer alan Azərbaycan 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb (1 oktyabr 2017-ci il tarixə bu göstərici bir qədər də artaraq 43,4 faiz təşkil edib).

Şöbə müdiri bildirib ki, hazırda ölkəmizdə dünyada ən sadə və hər kəsin öz fərdi hesabına ödədiyi sosial sığorta haqlarının formalaşdırdığı bir pensiya sistemi fəaliyyət göstərir və beynəlxalq təşkilatlar tərəfindən bu sahədə aparılan islahatlar yüksək qiymətləndirilir:

"Eyni zamanda, pensiya islahatlarının baza prinsip və əsaslarını özündə ehtiva edən 2014-cü ildə təsdiq olunmuş Konsepsiyaya uyğun olaraq, müəyyən edilmiş istiqamətlər üzrə mütərəqqi islahatların davam etdirilməsi, bu əsasda məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi, könüllü sosial sığortalanmaya söykənən müasir pensiya alətlərinin, o cümlədən qeyri-dövlət pensiyalarının tətbiqi nəzərdə tutulur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2346   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel