Müdafiə Nazirliyindən ordu ilə bağlı mühüm açıqlama

Müdafiə Nazirliyindən ordu ilə bağlı mühüm açıqlama"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin Milli Məclisdə növbəti oxunuşu zamanı orduya parlament və ya qeyri-hökumət təşkilatlarının nəzarət etməsi, eləcə də media nümayəndələrinin ordu haqqında yazılarına qadağa qoyulması ilə bağlı fikirlərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, il ərzində Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları və ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif səpkili 67 tədbir və layihə icra olunub.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müxtəlif qurumlarla birgə ölkənin rayon və şəhərlərində 40-dan artıq hərbi-vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbir keçirilib.

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqlar üzrə Müvəkkili (Ombudsman) Aparatı, Hərbi Prokurorluq, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında imzalanmış iş planına uyğun olaraq hərbi hissələrə 15 dəfə səfərlər təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Bundan əlavə, 2017-ci ildə Hesablama Palatası tərəfindən Müdafiə Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə təfərrüatlı yoxlanılması da həyata keçirilib.

Cari ilin 11 ayı ərzində ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 1152 məlumat, 763 foto, 119 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə (KİV) ötürülüb, jurnalistlərin 124 sualı cavablandırılıb. Çəkilişlər aparılmasına 67 icazə məktubu verilib, keçirilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və aparıcı informasiya agentlikləri 70 dəfə tədbirlərə dəvət olunub.

Artıq üçüncü ildir ki, cəbhəboyu zonada yerləşən hərbi hissələrdə Müdafiə Nazirliyi ilə "Dinc Dünya" araşdırma mərkəzinin "Savaş jurnalistikası təlimləri" adlı birgə layihəsi keçirilir ki, buraya da yüzlərlə media nümayəndəsi cəlb olunur.

Nazirlər Kabinetinin 14 avqust 2015-ci il qərarının icrası ilə əlaqədar 50-dən çox yerli və xarici media nümayəndəsi Müdafiə Nazirliyində akkreditə olunub.

Müdafiə nazirinin təşəbbüsü ilə il ərzində bütün hərbi hissələrdə 3 dəfə ənənəvi "Açıq qapı günü" keçirilib. Bu ayın sonlarında növbəti "Açıq qapı günü"nün keçirilməsi planlaşdırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5240   Tarix: 16 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel