Azərbaycanda "Whatsapp" istifadəçilərinə virus göndərən kim imiş?

Azərbaycanda "Whatsapp" istifadəçilərinə virus göndərən kim imiş?Azərbaycanın "Whatsapp" istifadəçilərinə saxta hesablarından gələn fırıldaqçı mesajlarla əlaqədar araşdırma aparılır, nəticələri barədə hüquqi qərar verilməsi üçün müvafiq strukturlara müraciət olunacaq.

Sonxeber.az-ın məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib.

Mərkəzdən qeyd ediblər ki, bu kimi problemlərlə bağlı əvvəl istifadəçilər tək-tək müraciət edirdilərsə, son dövrlər məsələ qloballaşıb, şikayətlərin sayı çoxalıb: "Burda təkcə texniki pozuntu məsələsi deyil, istifadəçilərin hüquqları pozulur. Araşdırmalarımızdan sonra qanun çərçivəsində buna baxılacaq. Mərkəz vətəndaşların hüquqlarının pozulması ilə bağlı şikayətlərini qanunvericilikdə qeyd olunmuş strukturlara yönləndirib. Biz məsələnin texniki həllinə çalışa bilərik, cəza tətbiq etmək mexanizminə malik deyilik".

Eyni zamanda mərkəzdən bildiriblər ki, belə mesajların yayımlanmasına mobil operatorlar da cavabdehdir: "Burada mobil operatorlar da müəyyən mənada məsuliyyət daşıyırlar, çünki istifadəçilərin nömrələri konfidensialdır və spam üçün istifadə olunursa burada müəyyən qədər mobil operatorlar cavabdehdir".

Azərbaycan daxilində hansı şirkətin bu mesaj xidmətlərindən gəlir əldə etməsi sualını cavablandıran Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən bildiriblər ki, hazırda araşdırmalar davam edir və ola bilsin ki, bunun arxasında bir yox bir neçə şirkət dayanır.

Azərbaycanda "Whatsapp" istifadəçilərinə virus göndərən kim imiş?Virus mesaj yayılan xidmətdən istifadə edərkən yardım üçün təqdim olunan (012) 404-12-00 və qısa nömrə olan 6555 nömrələrinin "Navigator Mobile Services" (NMS) şirkətinə məxsus olduğu aydınlaşıb. Xatırladaq ki, bir neçə ay öncə məhz bu şirkət vasitəsilə mobil telefonlara pornoqrafik məzmunlu virusun yayıldığı aşkarlanmışdı. Mobil operator istifadəçiləri telefondan bəzi xəbər saytlarına keçid edərkən "hot-ero.net" saytına yönləndirildiklərini bildirirdilər. Virusun telefona daxil olması nəticəsində isə abunəçinin balansından pulun silinməsi faktı qeydə alınmışdı.

Qeyd edək ki, ötən gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bəyanat yayaraq son günlər Azərbaycanın "Whatsapp" istifadəçilərinə xarici ölkələrə məxsus saxta "Whatsapp" hesablarından fırıldaqçı mesajlar gəldiyi haqqında məlumat vermişdi. Bayanatda qeyd olunub ki, "Göndərilən mesajlarda "Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!" tipli cümlələr və "Bu mətnə klikləyin" tipli məzmunlar öz əksini tapır. Qeyd edək ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə "WhatsApp" adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və "contact" göndərir. Xüsusilə diqqətinizə çatdıraq ki, "Bu mətnin üzərinə klikləyin" adlı məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır. Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər. Onlardan ikisini diqqətinizə çatdırmaq istəyirik: İstifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan bədniyyətlinin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır". Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi, xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 65 55-ə göndərməklə xidməti dayandıra bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1857   Tarix: 27 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021