Cocuq Mərcanlıya gediş-gəliş asanlaşdı – VİDEO

Cocuq Mərcanlıya gediş-gəliş asanlaşdı – VİDEOHacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Sonxeber.az xəbər verir ki, təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib.

Layihəyə uyğun olaraq yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 ədəd avtobus dayanacağı quraşdırılıb.

Hərəkətin normal təşkili üçün yol boyu 2710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür.

Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1007   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

8 may
.

Agentlik sədri özünə yeni müşavirlər təyin etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Əsəd Şirinov və Etibar Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri təyin ediliblər

8 may
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

8 may
.

Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs müəyyən edilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 80

8 may
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

8 may
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media-ya istinadən xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qrupların

8 may
.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

271 saylı məktəbin müəllimi: "Uşaqlar məkəbə gəlmir, direktora pul verir"

30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib. 2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü i

8 may
.

Baba Rzayevin qohumlarına məxsus şirkət cərimələndi

Azərbaycanın aparıcı şirkətlərindən biri olan "Zirə Gülçülük" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib. xəbər verir ki, "Zirə Gülçülük" QSC barəsində tərtib olunan protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovu

8 may