Azərbaycanda 28 yaşlı iki uşaq atası niyə özünü asdı? - Ürəkdağlayan təfərrüat

Azərbaycanda 28 yaşlı iki uşaq atası niyə özünü asdı? - Ürəkdağlayan təfərrüatLənkəran rayonunun Girdəni kəndində özünü asaraq öldürən iki uşaq atası Şərafəddin İsmayılovla bağlı bəzi məlumatlar ortaya çıxıb.

Sonxeber.az- ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, iki gün əvvəl Şərafəddin İsmayılovun həyat yoldaşı ilə narazılığı yaranıb. Yoldaşı ilə davadan sonra o uşaqlarını götürüb atası evinə getmişdi. Həyat yoldaşı rayonun Şovu kəndindəndir. Dünən isə Girdəni kəndinə gələrək uşaqlarının paltarlarını götürüb yenidən atası evinə qayıdıb. Bir qızı və oğlu var. Heç yerdə işləmirdi. İki ay əvvəl işləmək üçün Rusiya Federasiyasına getmişdi. İşi alınmadığına görə yenidən Azərbaycan qayıtdı. Hər ikisi də orta təhsillidir.

"Şərafəddin İsmayılov ailədə 4 bacı bir qardaşdırlar. Bacıları ailəlidir. Onun anası isə hazırda Bakıda təndirxanada işləyir. Hadisə baş verən gün evdə oğlanla atası olub. Yoldaşı uşaqları ilə birgə isə atası evində olub. Atası ürək xəstəsidir. Onun sözlərinə görə, gecə oğlu evə gəlməyib. Gecə saat ikiyə qədər oğlunu gözləsə də Şərafəddin evə gəlməyib. Səhər saat 8-də görüb ki, o həyətdəki təndirxanada özünü asıb. Atası anasına zəng edib oğlunun rəhmətə getdiyini deyib, hazırda o rayona qayıdır. Hadisə baş verəndən sonra yoldaşı hələ ərinin yaşadığı evə gəlməmişdi".

Qeyd edək ki, Lənkəran rayonunun Girdəni kəndində 1990-cı il təvəllüdlü Şərafəddin Rafael oğlu İsmayılov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Aysel Kərimova
Azərbaycanda 28 yaşlı iki uşaq atası niyə özünü asdı? - Ürəkdağlayan təfərrüat


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9030   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021