Bakıda polislərdən qaçıb min hoqqadan çıxan əlil "AVTOŞ" - VİDEO

Bakıda polislərdən qaçıb min hoqqadan çıxan əlil "AVTOŞ" - VİDEOBakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün Bakıda tutulan avtoxuliqanla bağlı məsələyə aydınlıq gətirib.

Publika.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, əlil Məmmədov Zaur Səxavət oğluna dövlət tərəfindən əvəzsiz verilən "NAZ Lifan" markalı "90 UR 366" dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib:

"Lakin sözsüz ki, sürücü sənədsiz olduğundan avtomobili saxlamadan hərəkətini davam etdirib. Digər yolayrıclarında xidmət aparan polis əməkdaşlarına həmin avtomobilin saxlanması ilə bağlı işarə verilməsi barədə radiocihaz vasitəsilə məlumat verilib. Üç yolayrıcında xidmət aparan polis əməkdaşları həmin avtomobil sürücüsünə dayanma işarəsi versə də, sürücü yenə də dayanmadan hərəkətini davam etdirib. Beləliklə, onun həqiqətən olduqca təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilərək və bu prospektdə isə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb. Təəssüflər olsun ki, bununla əlaqədar guya 23 yol polisi avtomobilinin həmin avtomobilin saxlanması ilə əməliyyat keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtomobilin saxlanılmasında 2 patrul avtomobili və ərazi üzrə xidmət aparan üçüncü patrul avtomobili iştirak edib. Saxlanılan zaman sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb".

V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində toplanmış sənədlər Səbail rayon məhkəməsinə təqdim edilib və məhkəmənin qərarı ilə ona 30 sutka həbs verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2417   Tarix: 22 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021