Xərçəng müalicəsi üçün yeni peyvənd

Xərçəng müalicəsi üçün yeni peyvəndStenford araşdırmaçıları, T hüceyrələrinin aktivləşdirildiyi şiş xəstəliyi olan siçanlarda uzaqdakı metastazların (orqanizmin hər hansı bir yerində yaranan bir xəstəliyin başqa bir yerə yayılması) da ortadan qaldırıldığını tapdı.

Sonxeber.az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar insanlı təcrübələrə başlamaq üçün linfoma xəstələrini işə götürməyə başladı.

Stenford Universitetindən araşdırmaçılar çox az miqdardakı faktor maddənin lokal olaraq tətbiq olunmasının, bədən daxilində immunitetdə tez-tez müşahidə edilən mənfi yan təsirlərə səbəb olmadan sürətli və nisbətən ucuz bir şəkildə xərçəng müalicəsi üçün istifadə edilə biləcəyini açıqladılar. Onkologiya üzrə professor Ronald Levi bu barədə belə dedi: "Bu iki faktor birlikdə istifadə edildiyində, bütün bədəndə olan şişlərin ortadan qaldırıldığını görürük".

Müalicə üçün lazımlı olan ilk faktor maddə bu anda insanlarda istifadə üçün təsdiqləndi. Digəri isə bir çox klinikada insan istifadəsi üçün sınanıldı. Linfoma xəstələrində müalicənin təsirini sınamaq üçün yanvar ayında araşdırmalar başlandı.

Tibb fakültəsinin professoru Ronald Levinin rəhbərliyi altındakı iş Translational Medicine jurnalında nümayiş olundu.

Sağlamlıq   Baxılıb: 437   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR