"Ərim göstəriş üçün namaz qılır, saqqal saxlayır, amma hər gecə məni..." - AZƏRBAYCANDA

"Ərim göstəriş üçün namaz qılır, saqqal saxlayır, amma hər gecə məni..." - AZƏRBAYCANDABiG.AZ saytı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ilə birgə "Susma" adlı layihə həyata keçirir. Bu layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. BiG.AZ-ın növbəti müsahibi həyat yoldaşı tərəfindən dəfələrlə övladları ilə birlikdə amansız işgəncələrə məruz qalan Gülşən Əliyevadır (Adı şərtidir). Gülşən Əliyeva əri və ailəsi tərəfindən dəfələrlə təhqir edilib, övladları ilə birlikdə kəmərlə döyülüb.

- Yoldaşınızla neçə il ailəli qaldınız?

- Evliliyim cəmi 7 il çəkdi. Amma bu 7 il mənə bir ömür kimi gəldi. İnsanlıq edib qarşındakının səhvini dəfələrlə bağışlayırsan. Bu il ərzində ancaq işgəncə və təhqirlərlə üzləşmişəm. Dəfələrlə bağışlasam da, ərim nəticə çıxarmaq əvəzinə səhvlərini yenidən təkrarlayıb. Ərimin düzəlməyəcəyini anlayıb ayrılmağı qərara aldım.

- Ailə quranda neçə yaşın var idi?

- 19 yaşımda ilə qurmuşam.

- Həyat yoldaşınla sevib ailə qurmusan?

- Sevib ailə qurmamışam. Sadəcə ailəm onların dindar olmasına aldandı. Mən dağılmış ailədə böyümüşəm. Anamla atam ayrılanda mənim 3 yaşım olub. Bilirsiniz bu haqqında danışmaq nə qədər çətindir? Uşaq vaxtı anası və atası bir yerdə uşaqları görəndə hər də gizlin-gizlin ağlamışam. Hər kəs ana çağıranda mən tək qalmışam. Anam yanımda olmayıb. Ayrılanda anamın yaşadığı yer olmadığı üçün biz məcburi atamla yaşamalı olmuşuq. Artıq 15 yaşıma çatanda hər kəs fılankəsin qızı var deyə adımı hallandırdılar. Düzü, ailə qurmaq haqqında düşüncəm yox idi. 15 yaşımda tək düşüncəm anamla atamın ayrılma səbəbləri idi. Hər dəfə bu barədə söhbət açılanda sadəcə susurdular. Mənimlə ailə qurma istəyənlərə yox dedikcə hər kəs üstümə gəlirdi. Mənə heç kimi bəyənməməyin səni evdə qoyacaq deyirdilər. Mən də hər dəfə deyirdim ki, 40 yaşında da ailə quranlar var. Qura bilməsəm də, qismət deyib keçərdim. Həyat yoldaşım məndən bir yaş böyükdür. Onlar bizə gələndə düşündüm ki, bu nə ailə qədri biləcək. Çünki uşaq idi. Mən dağılmış ailədə böyüyüb çox əzablar çəkmişəm. Heç vaxt istəmirdim ki, mənim çəkdiklərimi övladlarım da çəksin. Amma məcbur razılaşmalı oldum. Çünki analıq əlində idim. Bəlkə də öz anam yanımda olsaydı, onunla evlənməzdim.

- Ali təhsilin varmı?

- Orta təhsiliyəm. Ali təhsil almadığıma görə çox peşmanam. Təhsilimi davam etdirsəydim, bəlkə də bu gün burada olmazdım.

- Yoldaşınla və ailəsi ilə münasibətlərin necə idi?

- Balaca baldızım belə mənə qaynanalıq edirdi. Müraciət edəndə mənə hər dəfə "çurbanın qızı" deyə çağırardı. Hər cür mədəniyyətsizliklərinə susmuşam. Bizdə belə adət var, evindən çıxdınsa kar və lal olursan. Amma bu gün belə deyiləm. Susduqca üstümə gəldilər. Məni gücsüz bildilər. Amma düşünmədilər ki, sadəcə mən mədəniyyətimi göstərirdim. Analıq əlində böyüsəm də, onlara əsl əxlaqı və mədəniyyəti göstərirdim. Atalı, analı ailədə böyüsələr də, əxlaqi cəhətdən çox zəifdirlər. Qadını həyat yoldaşı tutmasa, nə qaynana, nə baldız hörmət edir. Ərim göstəriş üçün saqqal da saxlayır, şalvarının balağını da qısaldıb. Bu gün mənimlə birgə övladlarım da namaz qılır. Amma elə başıbağlı qadınlar var ki, sadəcə hicablı olduğuma görə utanıram. Allah ürəyimdəkini bilir. Ərimlə aramdakı Allahla mənim aramda qalacaq.

-Həyat yoldaşın xasiyyətcə necə insan idi?

-Bu dünyada hər kəs paltar, bəzək və var-dövlət maraqlandırır. Ərim də eləydi. Onu ancaq pul maraqlandırırdı. Ailə haqqında düşünmür. Mənimlə boşanmamış başqası ilə kəbin kəsdirdi. Həmin qadından da uşağı oldu. Tez ailə qurmasına da səbəb arvadını işlədib mənə verəcək alimenti çıxarmaq idi. Amma bu günə kimi mənə bir qəpik də aliment verməyib. Aliment vermədiyinə görə heç yerə şikayət etməmişəm. Çünki hər dəfə düşünmüşəm ki, övladlarımın atasıdır.

- Hazırda ərin ailəlidir?

- Xeyr. Çünki həmin qadınla cəmi 1 ay ailəli qaldı. Onunla da ayrıldı. Həmin qadından bir övladı var. O qadından qorxduğu üçün onun alimentini ödəyir. İkinci dəfə ailə qurduğu qadın oğlana və ailəsinə cəmi bir ay dözdü. Amma mən övladlarım üçün onlara 7 il dözməli oldum.

-Uşaqlarının neçə yaşı var?

- Qızımın 7-i, oğlumun isə 5 yaşı var. Qızım məktəbə getməlidir. Amma hələ də getmir. Qızımın məktəbə getməməsi mənə çox əzab verir.

- Hazırda işləyirsənmi?

-Təəssüf ki, işləmirəm. Amma işləmək istəyirəm. İşləyib övladlarıma gözəl gələcək qurmaq istəyirəm.

- Həyat yoldaşın səninlə və övladları ilə necə rəftar edirdi?

- Ərimin mənə qarşı münasibəti çox kobud idi. Göstəriş üçün namaz qılır, saqqal saxlayır. Qəlbi isə çirkabla doludur. Hər gün məni və övladlarımı vəhşicəsinə döyürdü. Özümün döyülməyimə dözürdüm. Amma övladlarımın döyülməsi ilə razılaşa bilmirdim. Hər gün uşaqlara işgəncə verir, kəmərlə uşaqları döyürdü.

- Qızın böyüyəndə hansı ixtisasın sahibi olmaq istəyir?

- Qızım həkim olmaq istəyir. Özüm çox əzablar yaşadım. Qızımın yaşamasını istəmirəm. Ona görə də onun oxumasını, öz ayağı üstə durmağı bacaran qadın olmasını istəyirəm. Çünki güclü qadını heç kim əzə bilmir.

-Niyə atangilə deyil, sığınacağa gəldin?

- Atam məni uşaqlarsız qəbul edir. Deyir elə bilərəm ki, ailə qurmamısan. Amma uşaqlarla ögey ananın yanına getmək çox çətindir. Ona görə buraya gəlmişəm. Övladlarımsız yaşamağı düşünmürəm.

- Ərin uşaqlarla maraqlanırmı?

-Həyat yoldaşım uşaqları mənə vermirdi. Polislə övladlarımı onun əlindən almışam. Bilirsiniz ki, qadınlar polisdən çəkinir. Övlad elə şirindir ki, mən hətta polisə belə əl atdım. Uşaqları alimentə görə vermik istəmirdi. Kəmərlə işgəncə verən insan necə övladını sevə bilər?

- Aliment məsələsinə görə hansısa qurumlara müraciət etmisənmi?

-Düzü etməmişəm. Yəqin ki, sığınacaqda bu məsələnin həllində mənə kömək edəcəklər.

- Qızlarımıza nə məsləhət görürsən?

- Ailə qurmağa tələsməsinlər. Təhsillərini davam etdirsinlər.Çünki qızlar üçün ən önəmli olan təhsildir. Əgər bu gün mənim təhsilim və ixtisasım olsaydı öz evimdə olardım.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6068   Tarix: 12 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək

9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, həmin gün qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. "2

8 may
.

Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO

"Məşhurluq çox çətin məsələdir. Özü də Bəşir Səfəroğlunun qızı olmaq çox çətindir". xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib. Tədbirlərdən birində sevənləri ilə görüşən Bəşirqızı onların suallarını cavablandırıb. Aktrisa qeyd edib ki, o mütəmadi olaraq teatrda çalışmaqda

7 may
.

Sabah "ASAN xidmət" işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələ

8 may
.

Bir qrup hərbi qulluqçuya ev verilib - FOTO/VİDEO

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular

8 may
.

Həbsdə olan qohumunu azad edəcəyinə söz verdi, 28 min aldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəy

8 may
.

Sabah bu yollar bağlı olacaq

9 May - Faşizm üzərində Qələbə Günündə paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd edili

8 may
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

8 may
.

3 ildir axtarılan qadın həbs edilib

Üç ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi il

8 may
.

İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövdələşməsi – ARAŞDIRMA

Abşeron-Xızı Regional Təhsil İdarəsi "Azərmətbuatyayım" Açıq Səhmdar Cəmiyyəti ilə 70 00 manatlıq satınalma müqaviləsi bağlayacaq. xəbər verir ki, müqavilə "Azərbaycan müəllimi" qəzetinə abunə yazılışı ilə əlaqədardır. Tenderin şərtlərindən aydın olur ki, İdarə il ərzində 70 00 nüsx

8 may