Bakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTO

Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı lalafo.az saytından gedir.

Virtualaz.org araşdırıb ki, saytın "heyvanlar" bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbətdə ki, balıq tutmaqda işə yarayır.

"Bu soxulcanlarla kənd təsərrüfati üçün dünyada ən keyfiyyətli ekoloji təmiz təbii gübrə - biohumus hazırlamaq olur. Soxulcanlar üzvi tullantılarla qidalanırlar . Kənd təsərrüfatında torpağın münbitləşdirilməsi üçün təbii vasitə kimi istifadə etmək olur. Balıq tutmaq üçün də yaxşı sağlam soxulcanlardır"-elan müəllifi bildirir.

Saytda ən çox it və pişik satışı elanlarına rast gəlmək olur. Qiymətlər isə əlbətdə, çox müxtəlifdir. Qafqaz cinsinə aid olan it 600 manat, labrador balaları isə 500 manata təklif olunur. Saytda həmçinin təmiz sivas kangalı it cinslərinin Türkiyədən sifarişi də təmin olunur. Bütün sənədləri ilə gətirilən heyvanların qiymətləri isə 1600 manatdan başlayır, 5000-10000-ə qədər davam edir.

Satışda qiyməti 2 min manat olan Amerika Akita it cinsi, 10 min manata satılan Qurdbasara da rast gəldik.

"Scottish fold" pisiyi 500 manat, "Şinşila" (İran pişiyi) isə 400 manata təklif olunur. Sahibinin sözlərinə görə, bu cins pişiklər sahibinə 3 ay ərzində öyrəşə bilir: "Pişik Türkiyədən gəlib. çox mehriban pişikdir. Cinsi "şinşila"dır (iran pişiyi), 2 yaşı təzə olub. Bütün peyvəndləri olunub. Pasportu da var. Alan adamın adına keçirilir. Bu cins pişiklər 3 ay müddətində sahibinə öyrəşir. Üstündə öz əşyaları (tualet qabı, daşıyıcı səbəti, yemək qabı, dırnaq qayçısı, darağı, ipi, şapmunu) ilə birgə verilir. Evdə təzə doğulmuş uşaq olduğuna görə satıram".

Saytda donuz satan da tapdıq. Məlum oldu ki, çəkisi 28-32 kq arası olan 17 baş donuz 5 min 500 manata təklif olunur.

Digər elanda isə satıcı 15 manata satışa çıxardığı tısbağasını tərifləyir:"Quru tisbağasıdır, təmiz saxlayıram. Çimizdirirəm, dırnağına lak çəkirəm, evdə saxlayıram. Yemək almağa da ehtiyac yoxdur, nə olsa yeyir – xiyar, kahı, pomidor, kartof. Həm də çox yemir. Orta ölçüdədir – 15 sm. İnsanı dişləmir".

Saytda meymun satanlar da az deyil. Qiymətlər isə 2500-3000 manat arasında dəyişir. Bundan başqa, meymunu günü 100 manata icarəyə verən də var.

Pasportlu Makaka meymunun qiyməti isə 2500 manatdır: "Makaka meymun 2 yaşındadır. Çox ağıllı meymundur. Əhliləşib, insan kimi dil başa düşür . Həm də maraqlı bacarıqları var. Pasportu var, bütün peyvəndləri vurulub".

Lakin saytda ən maraqlı və qeyri-adi elan "Tibet mastifi" cinsindən olan küçüklə bağlıdır. Belə ki, elanda bu it balasının 250 min dollara (!) satıldığı göstərilir. Axı bu nə küçükdür ki, qiyməti Bakının mərkəzində 3-4 otaqlı evin qiymətinə bərabərdir və hansı özəlliyi onu bu cür baha edir?

Elanı yerləşdirən şəxslə-Vüsal Əsədovla əlaqə saxladıq. O bildirdi ki, it nadir cinsdəndir, ona görə də belə bahadır. "Bu itin qara rəngli dişi cinsini 23 min dollara, erkəyini isə 15 min dollara Azərbaycana gətirmişəm. Amma indiki - ağ rəngli it nadir tapıldığına görə bu qədər bahadır. Elanını saytda yerləşdirəndən sonra Azərbaycandan bir nəfər zəng edib bağ evi ilə barter etmək istədiyini bildirdi. Amma itin tibetli sahibi üçün Azərbaycanda bağ evi almaq maraqlı olmadığına görə təklifdən imtina etdilər"-V.Əsədov deyir.

Belə məlum olur ki, Vüsal Əsədov xaricdən cins itlərin sifarişlə gətirilməsi ilə neçə vaxtdır məşğuldur. Elan sahibi deyir ki, Ukraynada təhsil alıb və orada çoxlu tanışlar tapıb.
Bakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTOBakıda 250 min dollara it satılır: "Biri villa ilə barter təklif etdi, razılaşmadı..." - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4430   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel