Azərbaycana necə səfər etmək olar?

Azərbaycana necə səfər etmək olar?Xəzər dənizilə Qafqaz dağları arasında, Şərqlə Qərbin kəsişdiyi məkanda yerləşən Azərbaycan ildən-ilə daha çox turisti özünə cəlb edir. Lakin Azərbaycana yollanmaq istəyən turistlər bilməlidir ki, bir çox xarici dövlətlərdən gələn qonaqlar ölkəyə daxil olmaq üçün viza almalıdır. Azərbaycana hansı ölkədən gəldiyinizdən və vətəndaşlığınızdan asılı olaraq, bu səfər üçün viza almanız tələb oluna bilər. Bununla bağlı daha çox məlumat əldə etmək üçün Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun saytında viza haqda məlumatla tanış ola bilərsiniz.

ABŞ vətəndaşları Azərbaycana təyyarə ilə uçmaq üçün nələri bilməlidir?

2017-ci il Azərbaycanın ən böyük beynəxalq hava limanı üçün rekordlar ili olub. Azərbaycanın dünyaya əsas çıxışı olan Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il rekord sayda, yəni 4 milyon sərnişinə xidmət göstərib. Bu, 2016-cı ilin göstəricisindən 23% çoxdur. Hətta "Business Insider India" Azərbaycanın hava limanları arasında flaqman olan Heydər Əliyev Beynəlxalq Aeroportunu dünyanın ən gözəl 14 hava limanı sırasında göstərib. Bu siyahıya İspaniya, Almaniya və digər böyük istiqamətlərin aeroportları daxildir.

ABŞ vətəndaşları üçün Nyu-Yorkda yerləşən Con Kennedi adına Beynəlxalq Aeroportdan Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa uçuş üçün rahat şərait yaradılıb. Onlar Bakıya çatan kimi, qısa müddətli və birgirişli viza əldə edə bilər. Əgər siz bu marşrutu seçmisinizsə, Azərbaycana çatan viza əldə etmək üçün tələb olunan sənədlərinizi iki dəfə yoxlayın.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzinə necə çatmaq olar?

Aeroportun 48 sərnişin tutumu olan rahat avtobusları Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının dəmir yolu vağzalına qədər 24 saat fəaliyyət göstərir. "Aero Express Line" adlanan bu marşrut bu yolu 30 dəqiqəyə gedir. Bu marşrutdan istifadə edən sərnişinlər ya avtobusa minməmişdən qabaq bir gedişli bilet almalı, ya da "BakıKart" vasitəsilə ödəniş etməlidir. "Aero Express" biletləri və "BakıKart" 1 nömrəli terminalın çıxışının yaxınlığında yerləşən "BakıKart" köşklərində satılır.

Azərbaycanda, Bakıda taksi ilə gəzə bilərikmi?

Əgər siz Bakıda taksi ilə gəzsəniz, özünüzü Londondakı kimi hiss edəcəksiniz. Azərbaycan hökuməti 2011-ci ildə 1000 ədəd "Fairway" adlı London taksiləri idxal edib. Bu, ölkədə "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi dövrə təsadüf edidir. Müsabiqə Azərbaycanda 2012-ci ildə keçirilib. Azərbaycana idxal edilən taksilər bənövşəyi rənglə rənglənib. Bununla, London taksilərinə Azərbaycan çaları verilib. Əgər siz aeroportdan Bakının mərkəzinə, yaxud Azərbaycanın istənilən nöqtəsinə taksi ilə getmək qərarına gəlsəniz, ilk növbədə sürücü ilə qiyməti razılaşdırın, yaxud sürücünün sayğacı qoşduğuna əmin olun. Taksidən istifadən etmiş bəzi xarici turistlər aeroportdan Bakının mərkəzinədək gedişə görə onlardan çox pul alındığını deyir. Bununla yanaşı, taksidə işlək vəziyyətdə olan təhlükəsizlik kəmərlərinin olduğuna da əmin olun.

Azərbaycanda icarəyə avtomobil götürmək olarmı?

Əgər Azərbaycan daxilində icarəyə götürülmüş avtomobillə səyahət etməyə üstünlük verirsinizsə, əlbəttə ki, bu, mümkündür. Ölkədə avtomobil icarəyə verən"Avis" və "Hertz" daxil olmaqla, beynəlxalq, həmçinin yerli şirkətlər fəaliyyət göstərir. Onlarla qiymət və müxtəlif detallarla bağlı məsləhətləşmək lazımdır. Avtomobili icarəyə götürdükdən sonra da müxtəlif xərclərlə üzləşə bilərsiniz. Bununla yanaşı, avtomobilin icarəyə götürülməsi böyük məsuliyyət tələb edir. Bunun üçün turistin beynəlxalq sürücülük vəsiqəsi olmalıdır. Yolda baş verə biləcək mümkün qəza zamanı turist dil problemilə də üzləşə bilər. Ölkənin bəzi yolları təmir olunmayıb.

Beləliklə, Azərbaycanda avtobus, taksi daxil olmaqla, nəqliyyatla bağlı bir çox variatlar var. Odur ki, sərnişin kimi rahat səfər etməkdən zövq ala bilərsiniz.

Bakıdan Azərbaycanın müxtəlif istiqamətlərinə təyyarə ilə getmək mümkündürmü?

Bakıdan ölkənin möcüzəvi təbiətinin, tarixi məkanlarının olduğu istiqamətlərə və qədim şəhərlərə təyyarə ilə də səfər etmək mümkündür. Bununçün bir neçə saat tələb olunur. Ölkənin ən böyük aviaşirkəti olan "Azərbaycan Hava Yolları" (AZAL) bu yaxınlarda yeni daxili reyslərin açıldığını elan edib. "AzerNews" nəşrinin məlumatına görə, ölkə son onillikdə infrastruktura və aviasiyada təhlükəsizliyə 15 milyard dollar investisiya qoyub. Bununla yanaşı, Avropa Komissiyası Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi vasitəsilə Şərqi Avropa və Mərkəzi Asiyadakı bir sıra digər ölkələrlə yanaşı, Azərbaycana da vətəndaş aviasiyasının inkişafının beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılması üçün 4 il davam edəcək yardım ayırıb.

AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. O, 2016-cı ildə IATA tərəfindən təhlükəsizlik auditindən keçirilib. IATA bəyan edib ki, şirkət beynəlxalq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edir.

Azərbaycanda hansı istiqamətlərə təyyarə üçür?

AZAL Bakıdan ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə reyslər təklif edir. Bu şəhər Bakıdan qərbdə, Bakı-Tbilisi yolunun üzərində yerləşir. Gəncə Azərbaycanın mədəni və ədəbi mərkəzi kimi tanınır. Hamamlar, bazarlar, tarixi memarlıq nümunələri, məşhur azərbaycanlı şairin abidəsi və təbiətin heyranedici gözəlliyi bu şəhərin görməli yerləridir. Onun yaxınlığında yerləşən Göygöl təmizliyi və gözəlliyilə məşhurdur. Kiçik Qafqaz dağlarının ətəyindəki təpələrdə yerləşən bu göl Göygöl Milli Qoruğunun mirvarisidir.

Bakıdan Gəncəyə uçuş təxminən 1 saat çəkir. Avtomobillə isə bu yolu 4 saatdan bir qədər çox müddətə getmək olar.

Ölkə daxilində başqa istiqamətlərə də təyyarə uçurmu?

Bakıdan dağlıq şəhər olan Qəbələ daxil olmaqla, başqa şəhərlərə də təyyarə ilə səfər etmək mümkündür. Qəbələ möhtəşəm dağ mənzərələri, kurortları və Spa mərkəzləri ilə məşhurdur. Bu şəhər hər il keçirilən Qəbələ Musiqi Festivalı ilə regionun musiqisevər insanlarını özünə cəlb edir.

Siz AZAL-ın cədvəlinə baxmaqla, daxili və xarici reyslərlə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz.

Azərbaycan daxilində avtobusla səyahət

Ölkədə avtobusla səyahət daha geniş yayılıb. Demək olar ki, Azərbaycanın bütün böyük şəhərlərində avtovağzal, yaxud avtobus dayanacağı var. Daxili marşrutların sayı çoxdur. Azərbaycanın şimalında yerləşən, mineral resursları və çayları ilə məşhur olan Şəki şəhəri kimi aeroportu olmayan istiqamətlərə avtobusla getmək lazımdır.

Qatarla səyahət

Azərbaycanda dəmir yolu da var. Qatarla səyahət rahat şəraitdə səfər üçün ən yaxşı vasitədir. Bu zaman siz bütün ölkəni görə bilərsiniz. Qiymətlər münasib, marşrut isə çoxdur. Qafqaza səfər edən turistlər üçün informasiya portalı olan "Caravanistan" saytından Azərbaycanda qatarların cədvəli, daxili və xarici marşrutlar, biletlərin alınması haqda daha çox məlumat toplaya bilərsiniz.

//WorldMedia.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 989   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel