Bakı sakinlərinin nəzərinə: Bu xəbəri oxuyun ki, pulunuz cibinizdə qalsın

Bakı sakinlərinin nəzərinə: Bu xəbəri oxuyun ki, pulunuz cibinizdə qalsınBu gün Bakıda bir çox ödəmə aparatlarında problem yaranıb.

Bu gün "MilliÖn" ödəmə terminallarında problem yaranıb. Bu barədə Bakı sakinləri məlumat veriblər. Onların sözlərinə görə, bəzi aparatlar qəpik pul qəbul etmir. Yalnız manatla ödənişin aparılması mümkündür.

Bundan əlavə digər bir sakinb "BakıKart" aparatından şikayət edir. Onun sözlərinə görə, qəpiklə ödəniş edib, lakin irəli düyməsi işləməyib. Belə olan halda onun pulu terminalda qalıb.

Bəzi sosial şəbəkə istifadəçiləri "Yeni fırıldaqdır, yalnız manat qəbul edir, qəpiyi valyuta saymırlar. Bu yağışlı havada qalın küçələrdə", "50 qəpik yüklədim, işləmədi, haramınız olsun!" kimi statuslar yazaraq bu şəkildə etirazlarını bildirirlər.

Qeyd edək ki, bununla artıq bir neçənci dəfədir ki, sözügedən terminallarda ciddi problem yaranır.

Mövzuyla bağlı olaraq Minval.info "Komtec" şirkəti ilə əlaqə saxlayıb. Şirkətin əməkdaş saytımıza açıqlamasında deyib ki, bu cür nasazlıq olarkən müştərilər "Qaynar xətt"imizə müraciət edə bilərlər: "Nömrə terminalların üzərində qeyd olunub və 7/24 saat fəaliyyət göstərir. Müştərilər bizimlə əlaqə saxlayıb məlumat ala bilərlər. Terminallarımızda nasazlıq varsa, dərhal müvafiq şöbələrimizin əməkdaşları aparata baxış keçirirlər".

"Komtec"dən həmçinin bildirib ki, bu gün terminallarda nasazlığın olması hava şəraiti ilə əlaqədardır: "Bilirsiniz, aparatlar dayanacaqlarda yerləşdirilib. Onların üzərinə yağış yağdığı üçün belə problem yaşanıb. Yalnız zəng etməklə müştərilərə kömək edə bilərik və ofisə gəlməyə ehtiyac yoxdur".

Mənbə: Minval.info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4257   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel