"Uşaqlar məni söyürdü, təpikləyirdi..."

Kərəm Hadızadəni köhnə tamaşaçılar hələ Kamera teatrından tanıyır: "Məkkəyə yol" da Məhəmmədhəsən əmi, "Xırs Quldurbasan"da Divanbəyi, "Skapyenin kələkləri"ndə Silvestr, "Qaraca qız" da Piri baba, "Müsyö Jordan və dərviş Məstəli şah"da Hatəmxan ağa, "Əlincə qalası"nda Əmir Teymur… "Aşıq və aşiq" adlanan məşhur reklamda oynadığı aşıq obrazı isə bütün ruhunu işıqlı bir başlanğıcdan götürür: insana sevgi.

Sonxeber.az kulis.az-a istinadən Gənc Tamaşaçılar teatrının aktyoru Kərəm Hadızadə ilə müsahibəni təqdim edir.

- Əslən qazaxlı olduğunuzu bilmirdim. Reklamda yaratdığınız aşıq obrazından sonra öyrəndim…

- Qazaxda doğulmuşam, orada böyümüşəm. Kosalar kəndində. Həmişə deyirdim aktyor olacam. Elə bil Allah bunu mənə sevgi kimi göndərmişdi. Bir var həvəs, bir də var sevgi. Məndə həvəs deyil.

Mən teatrı çox sevirəm. O vaxt odun peçinin işığı düşürdü qaranlıq otağa, mən də monoloq filan deyirdim. Qazaxda hər evdə saz olur. Hər evdə bir şeir yazan olur. Mən də şeir yazırdım. Amma oxumurdum bir kimsəyə, cırırdım, yandırırdım. Bacılarım Bakıda oxuyurdu, ordan poema ilə məktub yazırdım.

- Reklamdakı aşığın prototipi varmı?

- Yox, prototipi yoxdur. Sadəcə olaraq dedilər qazax aşığını oynamalısan. Özümdən də bəzi ştrixlər əlavə etdim.

- Nə reaksiyalar oldu qazaxlılardan?

- Dedilər ki, qazaxlılar kimi təmiz ləhcə ilə danışmamısan. Dedim ki, mən ümumiləşdirmişəm, çünki bu kütlə üçündür, təmiz ləhcə ilə danışsaq, çoxuna anlaşılmaz olar. Məsələn, siz bilirsiniz "birənti" nədir?

- Yox.

- Birgə deməkdir. Ona görə mən lap çətin sözlər seçmədim.

- Bəs aşıqlardan nəsə deyən oldumu?

- Yox. Mən bu xırda rolu sevdim. Deyim niyə? Əvvəllər bizdə dam atmaq deyirdilər, novruz qabağı kimin niyyəti yerinə yetirdi, gecəni yatmır, deyib gülüb əylənirdilər, qadınlar səhər tezdən su üstünə çıxırdı. O dan atmaq gecələrində aşıq çağırırdılar, aşıq dastan deyirdi. Onda aşıqların danışıq tərzi indi də yadımdadır. Mən aşıq sənətini çox sevirəm. Qazaxdan gəlir bu yəqin.

- Saz çala bilirsiniz?

- Yox. Heyf ki yox. O reklamda da mən çalmıram, səs yazısıdır.

- Kərəm müəllim, Qazaxda özünü aktyor kimi qəbul etdirmək necədir?

- Baxır da. Aktyor kimi qəbul edirlər məni.

- Toya tamada çağırırlar?

- Şeir də deyirəm. Toylarda söz verirlər, çıxış edirəm. Amma toyda çıxış etmək mənim üçün daha ağırdır, nəinki 4 tamaşa oynamaq. Bir də görürsən məclisdə filanda, yeyib içəndən sonra dostlar deyirlər, bir şeir de. Deyirəm, a kişi heç, şeirin yeridi?

- Kərəm müəllim, necə ailədə böyümüsünüz?

- Atam coğrafiya müəllimi, anam evdar qadın idi. Qardaşlarım bacım oxudu. Mən də oxudum bitirdim, universitetə qəbul olundum, Cənnət xanımın kursuna düşdüm. Biz ikinci kursda oxuyanda Cənnət xanım Kamera teatrını açdı, o vaxtdan sonra tam 20 il Kamera teatrı fəaliyyət göstərdi. O teatr mənə çox doğmadı, orada işləyən tələbə yoldaşlarım, qrup yoldaşlarım, yaxından tanıdığım adamlar olub. Bir növ ailə kimi. Dərdimiz problemimiz bir-birimizə yaxın idi. Biz səfərlərə birgə çıxmışıq. Cənnət xanım bizi hansı şəhərə festivala qastrola aparıbsa, muzeyləri, kilsələri, məbədləri gəzdirirdi...

- Kameradan TYUZ-a köçəndə tamaşaçı itirdiyinizi hiss etdinizmi?

- Yox, məncə. Amma tamaşaçılar deyir ki, Kameradakı tamaşalarımız burada o effekti vermir.

- Təzimə çıxanda gözlərinizin yaşardığını görürəm. Bu tamaşa içində emosiyalardan qurtulma kimi bir metoddur ya nə?

- Sevincdən olur. Tamaşa bitir və səndə qəribə bir fərəh yaranır ki, oynadım, nələrsə ötürdüm.

- 28 ildir teatrdasınız, hansı dövrü daha yaradıcı dövr sayırsınız?

- Əlbəttə, ən parlaq dövr Kamera dövrü idi. O zaman gənc idim. Amma bura gələndə də nə repertuara, nə rollara görə heç bir sıxıntı çəkmədim. Çoxlu rollarım da var. Münasibət də çox yaxşıdır.

- Sizin üçün uğur qazanmaq nə deməkdir?

- Hər bir obrazın öhdəsindən gəlmək, layiqli, şərəflə.

- Necə yəni şərəflə?

- Yəni tamaşaçını razı salmaq. Alqışları halallıqla qazanmaq. Şəxsən mənim üçün uğur budur.

- Kərəm müəllim, heç teatrdan başqa ikinci bir işlə məşğul olmusunuzmu?

- Bir dövrdə teatrdan uzaqlaşdım. Tamam başqa sahədə işlədim. Xidmət sektoru idi. Amma indi demək istəmirəm nə işdir. O işdə işləyə-işləyə gəlib tamaşalarımı axşamlar oynayırdım. Sonra Cənnət xanım dedi ki, belə olmaz. Sən tamam qayıtmalısan. Onda qayıtdım teatra. Heç vaxt teatrdan getmək haqda düşünməmişəm. Heç istəmədim də.

- Ailənizdə bu sahədə olan varmı?

- Qızım kütləvi tədbirlər rejissorudur. Aktrisa kimi çox istedadlıdır. Universitetdə hazırladıqları "Büllur sarayda" tamaşasında elə gözəl oynamışdı ki, elə bil min ildir səhnədədir. Amma düzü, onun bu sahəyə gəlməsini istəmirəm.

- Niyə?

- Çətindir bu sahə.

- Hansı çətin deyil ki?

- Ona çətin olar.

- Oğlunuza razılıq verəcəkdiniz?

- Bəlkə də...

- Necə əsaslandırırsınız bu fikri?

- Mən heç vaxt demərəm ki, aktrisalarımız yaxşı deyil, qətiyyən. Ədəb-ərkanı yerində, çox gözəl bir sənətdir. Bizdə mentalitetdən gələn bir məqam var – aktrisaya birtəhər yanaşırlar. Adamların münasibəti filan... Amma mən belə fikirləri qəbul etmirəm. Sadəcə görürəm ki məşqlər, əsəblər, səfərlər... İstəməzdim belə əziyyətlər çəksin. Həm indi başqa sahədə işləyir-televiziyada.

- İndi tamaşaçılar daha interaktivdir. Sosial şəbəkədən canlı reaksiyalar ala bilirsiniz. Uşaq tamaşaları da, böyük tamaşaları da.

- Mən hər iki auditoriyanı sevirəm. Uşaqları aldatmaq çox çətindir. Böyük tamaşaçı şərtiliyi bilir. Uşaqsa buna real yanaşır. Məsələn, mən "Qaraca qız" tamaşasında Piri babanı oynayanda bunu hiss edirəm. Axırıncı səhnəni oynayanda mən ağlamaqdan özümü güclə saxlayıram. Kamera teatrında bir tamaşa var idi: "Sirli meşənin nağılı". Orada Qabanı oynayırdım. (gülür) Axmaq bir Qaban idi. Uşaqlar məni söyürdü. Hətta zal yaxın idi bilirsiniz, düşüb səni təpikləyirdilər.

Biz də idarə edirdik - uşaqdırlar bunlar.

- Kərəm müəllim, istədiyiniz rol olmayanda inciyirsiniz?

- Mənim təbiətimdə incimək, küsmək yoxdur. Tanıyanlar bilir. Heç vaxt da kiməsə demərəm ki, mənə o rolu ver. Bilirsiniz niyə? Qorxuram ki o rolu oynaya bilmərəm mənə gülərlər ki, heç oynaya da bilmədi.

- Heç roldan imtina etmisiniz?

- "Mehmanxana sahibəsi"nə hazırlaşanda bir də baxdım, əmrdə adımın qabağına markiz Forlipopli yazılıb. Mənim daxilimə, quruluşuma uyğun obraz deyil. Qaldım belə. Bir az məşq elədim. Amma axırda dedim Cənnət xanıma ki, oynaya bilərəm, aktyoram. Bu, bilirəm ki, mənlik deyil. Cənnət xanım da məni başa düşdü. Məncə, aktyor hər kəsi oynaya bilərəm deyə bilməz.

- Amma siz həm drama, həm komediya, həm də faciə oynamısınız...

- Haqlısınız. Mən ampluasız aktyoram.

- Bəs, bir aktyor kimi özünüzü necə inkişaf etdirirsiniz?

- Aktyor işləməlidir. Öz-özünə inkişaf edə bilməz. Aktyor rolsuz qalanda paslanır. Ona yaxşı repertuar lazımdır, vəssalam. Daxili dolğunluğu qorumaq üçün kitab oxuya bilər aktyor.

- Kimi oxuyursunuz?

- Fuad Cəfərlini oxuyuram, İlqar Fəhmini. Bir də klassiklər, əlbəttə. Məsələn, indi Stendalı oxuyuram.

- Təzə birləşmə zamanında Kamera teatrından gələn aktyorlara belə iradlar olurdu ki, səslərini kiçik zala hesabladıqlarından böyük zalda tamaşaçılara çatdıra bilmirlər, arxa cərgədə onların səsi eşidilmir...

- Bir dəfə də belə söhbət oldu. Mən onda da dedim ki, elə danışaram ki teatrda safitlər (işıqlar) partlayar. Biz Kamera teatrında işləyəndə də qastrollara getmişik böyük zallarda oynamışıq. Bu, əsaslı fikir deyil. Aktyorları həvəsləndirmək lazımdır, nəinki belə sözlərlə incitmək...

- Təzə rollarınız varmı? Nə məşq edirsiniz?

- Cənnət xanım Dürrenmatın "Fiziklər" əsərini hazırlayır. Orada Albert Eynşteyni, daha düzü özünə Eynşteyn adı qoymuş alimi oynayıram.
"Uşaqlar məni söyürdü, təpikləyirdi...""Uşaqlar məni söyürdü, təpikləyirdi...""Uşaqlar məni söyürdü, təpikləyirdi...""Uşaqlar məni söyürdü, təpikləyirdi..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1478   Tarix: 01 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

Xalq artisti Elgiz Əkbərdən niyə incidi?

Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib. -a açıqlama verən aktrisa incikliyin

13 mart
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

Tatlısəs məşhur azərbaycanlının mahnısını oxuyub - Video

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər AzTV-nin "Görüş yeri" verilişində yayımlanıb. Verilişdə İ. Tatlısəsin ifa etdiyi "Bu ayrılıq nədən oldu" mahısını

30 yanvar
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral