Bir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏT

Bir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏTAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.

Azərbaycan Respublikasının Birinci – Vitse Prezidenti xanım Mehriban Əliyevaya.

Biləsuvarın acı qışlaq adlanan ərazisində məskunlaşmış bir qrup Lerik rayon sahibkarları tərəfindən

ŞİKAYƏT – ƏRİZƏSİ:

Çox möhtərəm Prezident!

Hörmətli xanım!

Bildiririk ki, Biləsuvar rayon İcra Hakimiyyəti başçısın 96-saylı, 09 aprel 2008-ci il tarixli sərəncamına 42 və 43- saylı , 09 aprel 2008-ci il tarixli icarə müqaviləsinə əsasə Biləsuvar rayonu ərazisindən müəyyən hektar torpaq sahəsini 15 il müddətinə, yəni 2023 –cü il tarixə qədər olan müddət ərzində icarəmizə verilmişdir. Həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edərək xırdabuynuzlu mal-qara saxlayır və hər il torpaq icarə haqqını vaxtında ödəyirdik.

Lakin Biləsuvar rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal Şahbazov torpağın bizdə qalması üçün hər hektar torpağa görə bizdən 100 manat olmaqla, 100-lərlə hektar torpağa görə bizdən 10000 min manatlarla bunların müqabilində rüşvət istədi. Şübhəsiz ki, onun bizdən istədiyi həmən summa pulu ona verə bilmədik. Və nəticə olaraq ona görə də Biləsuvar rayon İcra Hakimiyyəti bizi Şirvan İnzibati- iqtisadi məhkəməsinə verərək sərəncamı və torpaq icarə müqaviləsini ləğv etdirmək istəyir. Halbuki hazırda bizim icarə torpaqlarımızın yaxın ətraf sərhəddində ölkənin iri ranqlı məmurlarına məxsus o, cümlədən Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və onun doğma əmisi oğlu Kamal Həsənova məxsus ucsuz bucaqsız torpaqlar mövcuddur. Həmin yaxın məmur qohumlarına nəinki bizlərə gələn xəbərdarlıq məktubundan belə gəlməyibhətta onlar bu qeyri-qanuni istifadə etdikləri 100- lərlə hektar torpaq sahəsinin vergilərini ödəməkdən belə vaz keçərək bu torpaqlar üzərində açıq-açığına manevr edirlər. Nəzərinizə çatdıraraq bir şeyi xatırlatmaq istəyirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir kəs qanun və məhkəmə qarşısında bərabərdir. Onda əgər belə olan təqdirdə bəs görəsən bu gün bu dövlətdə bizim bərabərlik hüquqlarını belə kobud surətdə pozmağa qərar verən harın və rüşşətxor məmurların amal məqsədləri nədir.

Yuxarıda qeyd etdiklərimizə rəğmən şübhəsiz bizdə tərəfimizdən Biləsuvar rayon İcra Hakimiyyətinin bizə qaldırdığı haqsız və yersiz iddia ilə əlaqədar məhkəməyə etiraz göndərdik. Lakin məhkəmənin hakimləri bizə israrla bildirdilər ki, "bu yuxarıların tapşırığıdır, gedin başçı ilə dil tapın". Biz də dəfələrlə İcra Hakimiyyətinə gedərək başçının başçının qəbuluna girmək istədik. Başçı isə bizi qəbul etməkdən imtina etdi. İcra Hakimiyyətinin əməkdaşları isə bildirdilər ki, icarənizə verilmiş torpaq sahəsinin təyinatı Nazirlər Kabinetinin sərəncamına əsasən dəyişdirilmişdi. Lakin Azərbaycan Respublikasının Kabinetinin 116 saylı, 16 fevral 2017-ci il tarixli sərəncamına əsasən Biləsuvar rayonunun inzibatı ərazisində yerləşən qış otlaq sahəsindən 5000 hektar torpaq sahəsinin, yəni 14 nömrəsindən 810 hektarı, 15 nömrəsindən 2495 hektarın, 16 nömrəsindən 128 hektarın , 21 nömrəsindən, 1158 hektarın, 22 nömrəsindən 340 hektarın, 23 nömrəsindən 800 hektarın təyinatı dəyişdirilmişdir. (14,15,16 21,22 və23 nömrəli qışlaq örüş torpaqlarının şərti nömrəsidir) icarəmizə verilmiş torpaq sahəsi isə 43 nömrəli qışlağın ərazisindədir. Yəni, Nazirlər Kabinetinin sərəncamına əsasən təyinatı dəyişdirilmiş qış otlaq sahəsinə aid deyildir.

Bir məsələni də sizlərin diqqətinizə çatdıraraq bildiririk ki, bizim yaşadığımız Lerik rayonu dağlıq və əlçatmaz rayonu olduğu üçün yəni qış, payız aylarında sərt soyuq olduğuna görə xırdabuynuzlu heyvan saxlamaq mümkün olmadığı üçün bizlərə 40-50 il 9qırx, əlli) il bundan öncə qanuni sənəd sübutlar əsasında verilmişdir. Hal-hazırda bizlərin təsərrüfatında 5000 (beş min) dən artıq xırdabuynuzlu heyvan vardır.

Buradan belə görünür ki, Biləsuvar rayon İcra Hakimiyyəti qanunun tələb və mahiyyətinə əhəmiyyət verməyərək icarəmizdə olan qış örüş sahələrinin icarə müqaviləsini ləğv etmək istəyir.

Cənab Rəsmilər!

Biləsuvar rayon İHB-nın bu hərəkətləri seçkiqabağı xalqı Prezidentdən narazı salmaq məqsədi daşıyır. Eyni zamanda onların bu qəfil və yersiz addımları ölkədəki belə bir həssas durumda qarşıdan gələn Prezident seçkilərini bilərəkdən əngəlləməyə hesablanıb.

Sonda bir daha bildiririk biz sivil qanuni yollarla haqlı şikayətlərimizin tutarlı təmin olunduğu günə qədər mübarizə aparacağıq, lazım gələcək təqdirdə bu məsələni ölkənin aparıcı mətbuat və sosial şəbəkələrində daha da geniş bir formada qabardaraq işıqlandırmaqla ölkə ictimaiyyətinə bizə qarşı olunmuş bu haqsız və ədalətsizliyi bir sözlə dərdimizi kəskin bir formada bəyan edəcəyik, eyni zamanda lazımi zərurət yaranacağı təqdirdə etiraz olaraq Prezident adminstrasiyasının qarşısına yürüş etməkdən belə çəkinməyəcəyik. Çünki bu bizim haqqımızdır, haqsızlığa ədalətə cavab vermək.

Və nəhayət son olaraq sizlərə müraciət edərək Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının qanunsuz əməl, hərəkətlərinin qarşısını almaqla, hazırda icarəmizdə olan torpaq sahələrinin bizə qalmasına köməklik etməyinizi xahiş edirik.

Xüsusi Qeyd:məsələnin araşdırılmasını nəzərdə tutan mühüm sənədlərin surətini şikayət ərizəmizə əlavə etdik.

Qeyd edək ki, sözügedən şikayət ərizəsinin surəti Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rəsizadəyə, Baş Prokuroru cənab Zakir Qaralova, Baş Prokurorluğu yanında Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə, Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Milli Məclisinin sədri cənab Oktay Əsədova. Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova da göndərilib.

Tel: 051 – 861-74 -11

Tarix: 25. 02 2018
Bir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏTBir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏTBir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏTBir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏTBir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏTBir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏTBir qrup sahibkar fəryad etdi - PREZİDENTƏ MÜRACİƏT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3632   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel