Türkiyədə yaşayan azərbaycanlı müğənnidən ETİRAF: "Həyat yoldaşımdan ayrılsam da, oğluma görə danışırıq" - FOTO

Türkiyədə yaşayan azərbaycanlı müğənnidən ETİRAF: "Həyat yoldaşımdan ayrılsam da, oğluma görə danışırıq" - FOTOTürkiyədə yaşayan azərbaycanlı müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb.

Milli.Az-a açıqlama verən müğənni oğluna görə həyat yoldaşı ilə münasibətlərini tam kəsmədiyini bildirib:

"25 ildir ki, Türkiyədə yaşayıram. Ara-sıra Azərbaycana gedib-gəlirəm. Gəldiyim zaman həm el məclislərində, həm də televiziya verilişlərində qonaq oluram. Türkiyədə bir müddət radioda dj-lik edərək, milli muğamlarımızı təbliğ etdim. Allahın mənə bəxş etdiyi yeganə bir övladım var. Adı Atilladır, 23 yaşı oldu. Onu çox sevirəm, övladıma aşiq anayam. Oğluma olan sevgim məni həyat yoldaşımdan tam ayırmadı. Bəli, biz ayrılmışıq, amma övladıma görə onunla gözəl münasibətimiz var".

Şou-biznes   Baxılıb: 1696   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR