Faciəvi qəzada onlar da ölə bilərdi - Son anda xilas oldular - FOTOLAR

Faciəvi qəzada onlar da ölə bilərdi - Son anda xilas oldular - FOTOLARXəbər verdiyimiz kimi, BƏƏ-dən İstanbula gedərkən İranda "Başaran Holdinq"ə məxsus özəl təyyarə qəzaya uğrayıb.

11 nəfərin öldüyü faciəvi qəzanın bəzi detalları üzə çıxıb.

Məlum olub ki, məşhur iş adamının qızı, 28 yaşlı Mina Başaran Dubaya getməmişdən öncə 3 rəfiqəsini də subaylığa vida yığıncağına dəvət edibmiş. Lakin onlar Minanın bu təklifini dəyərləndirməyərək faciəvi qəzadan son anda xilas olublar.

Rəfiqəsi Burcu Delibalta Mina Başaranın Dubay dəvətindən "Kiçik təyyarəyə fobiyam var" deyərək imtina edib. Faciəvi qəza nəticəsində rəfiqələrinin öldüyünü eşidən Delibalta xəstəxanaya çatdırılıb.

Vacib işi çıxdığı üçün son anda səyahətə qatılmayan digər biri isə Selen Somer olub. O da eşitdiyi qəza xəbərindən sonra sarsılıb. Dəvəti qəbul etməyən digər biri isə Sevgi Akyol olub.
BiG.AZ
Faciəvi qəzada onlar da ölə bilərdi - Son anda xilas oldular - FOTOLARFaciəvi qəzada onlar da ölə bilərdi - Son anda xilas oldular - FOTOLARFaciəvi qəzada onlar da ölə bilərdi - Son anda xilas oldular - FOTOLARFaciəvi qəzada onlar da ölə bilərdi - Son anda xilas oldular - FOTOLAR

Dünyada   Baxılıb: 1097   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR