Beyləqan sakinindən Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı DƏHŞƏTLİ ƏMƏL

Beyləqan sakinindən Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı DƏHŞƏTLİ ƏMƏLAbşeron rayonunda arvadını intihar həddinə çatdırmaqda ittiham olunan Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Teymur Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teymur Xələfov paytaxt sakini Vüsalə Kərimova ilə qeyri-rəsmi nikahda olub və onlar birlikdə yaşayıblar. Teymur Xələfov ondan maddi cəhətdən asılı olan arvadı Vüsalə Kazımovaya qarşı amansız rəftar etməklə, mütəmadi olaraq qəsdən döyüb və onu özünü öldürmə həddinə çatdırıb.

Arvadını döydü, xəsarət yetirdi

Belə ki, T.Xələfov qeyri-rəsmi nikahda yaşadığı və ondan maddi cəhətdən asılı olan arvadı Vüsalə Kazımova ilə 28 dekabr 2014-cü il tarixdən 2015-ci ilin iyununa kimi amansız rəftar edib. O, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 13, mənzil 3A ünvanında yerləşən evdə qəsdən arvadını döyüb.

Növbəti dava

Ona ölümündən 8-9 gün əvvəl sol bazu, sağ bazu və sol baldır nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirib.

Bundan başqa, Teymur Xələfov Vüsalə Kazımovaya qarşı amansız rəftarını davam etdirib. Onu yaşadığı mənzildə qəsdən döyüb. Ona 3 iyun 2015-ci il tarixdə sol gözaltı nahiyəsinin qançırı, alın və bel nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

İntihar

Vüsalə Kazımova Teymur Xələfovun ona qarşı amansız rəftarı nəticəsində iyunun 4-də, saat 13 radələrində özünü öldürmək qərarına gəlib. O, bu məqsədlə yaşadığı evin yataq otağında özünü karnizdən iplə asaraq intihar edib.

İstintaq araşdırması zamanı Teymur Xələfovun sərxoş vəziyyətdə Vüsalə Kazımovanı döyməsi, maddi cəhətdən onu özünə asılı vəziyyətə salması müəyyən edilib.

Cinayət işi: 5 il 6 ay cəza

Bu səbəbdən həbs edilən Teymur Xələfovun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Teymur Xələfov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğvini, təyin edilən cəzanın yüngülləşdirilməsini istəyib.

Hökmdən narazılıq

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Teymur Xələfovun şikayəti təmin edilməyib. Bundan sonra o, eyni tələblə kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası onun kasasiya şikayətini də təmin etməyib./publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2663   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021