Bu avtobusların hərəkəti dəyişdirildi - Sərnişinlərin nəzərinə

Bu avtobusların hərəkəti dəyişdirildi - Sərnişinlərin nəzərinəPaytaxtda marşrut xətlərinin hərəkəti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.az-a verilən məlumata görə, müntəzəm olaraq 21 nömrəli avtobus xətti ilə bağlı metronun "Əhmədli" stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, metronun Xətai stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən quruma şikayətlər daxil olub. Buna səbəb nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt edilməməsi, nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, texniki cəhətdən yararsızlığı, avtobusun salonun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması, mühəndis konstruksiya hissələrinin tam olmamasıdır.

Bakı Nəqliyyat Agentliyi tərəfindən dəfələrlə monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğu faktı öz əksini tapıb. Bütün bunları nəzərə alan Bakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı "Bakı Avtonəqliyyat Müəsissəsi"ndən alınaraq "Baku Bus" MMC-nin istifadəsinə verməklə həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən "IVECO" markalı, yüksək standartlara uyğun avtobuslarla bu gündən etibarən 21 nomrəli marşrutun hərəkəti dəyişdirilərək "28 may" metro stansiyası – Aleksandr Sergeyivic Puşkin küçəsi – Neftçilər prospekti – Nobel prospekti – "Əhmədli" metro stansiyası olmaqla müəyyən edilib.

Avtobusların hərəkət cədvəli səhər saat 06:00-dan gecə saat 00:00-a qədərdir. 21 nomrəli "Baku Bus" avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalniz BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq şəhər nəqliyyat sisteminin mövcud durumu barədə monitorinqlər həyata keçirir, təkrarlanan xətlərlə əlaqədar tədbirlər görür, istismara yararlı olmayan nəqliyyat vasitələrinin aşkar olunub müvafiq tədbirlərin keçirilməsini təmin edir, daimi olaraq bütün xətt üzrə daşıyıcılar qarşısında tələblər qoyur və onların icrasına nəzarət edir. Bununla əlaqədar olaraq 14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin traektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun "28 May" stansiyasiyası müəyyənləşdirilib. 14 saylı marşrut xətti artıq bu gündən etibarən metronun "Xətai" stansiyasındakı dayanacağa daxil olmayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1062   Tarix: 19 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel