Azərbaycan şirkəti yeni nəsil döyüş sursatları hazırlayıb

Azərbaycan şirkəti yeni nəsil döyüş sursatları hazırlayıbAzərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologyalar Parkında yerləşən "Elm və Texnologiyalar Parkı" (ETP) şirkəti yeni növ döyüş sursatının nümunəsini hazırlayıb.

Sonxeber.az xəbər veri ki, bu barədə "AzeriDefence"yə AMEA Yüksək Texnologyalar Parkından məlumat verilib.

"Gəzən sursat"lar sinfinə aid olan bu sursatlar uzaq məsafədən düşmənin hərəkətini izləməyə və onu məhv etməyə imkan verir. "Gəzən sursat"ların normal sursatlardan fərqi atışdan sonra onun hədəf informasiyalarını dəyişməyin mümkünlüyü və bu sursatın üzərindəki kamera vasitəsi ilə ərazinin kəşfiyyatının aparılması, hədəflərin müəyyənləşdirilməsidir. "Gəzən sursat"ların digər növü də kamikadze pilotsuz uçuş aparatlarıdır.

ETP tərəfindən hazırlanmış və hazırda test mərhələsində olan bu məmulatlardan "Mini" adlandırılan sursatın kütləsi 3.5 kiloqram, uçuş müddəti isə 30 dəqiqəyə yaxındır. 0.5-0.7 kq ağırlığında döyüş başlığına sahib olan bu sursatın əsas hissələri karbon materialından hazırlanıb. Konteynerdə bir nəfər tərəfindən daşınan sursatın uçuş radiusu 5-7 km olaraq göstərilir.

Düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulan digər nümunələr katapult vasitəsi ilə xüsusi mancanaq üzərindən atılır. Orta ölçülü – çəkisi 5 kiloqram təşkil edən ikinci sursat 1.2 kq ağırlığında döyüş başlığına malikdir və uçuş müddəti 30 dəqiqə təşkil edir. Döyüş radiusu 10 kilometrin üzərindədir.

"Grand" adı verilmiş üçüncü "gəzən sursat"ın isə kütləsi 12-15 kq, döyüş başlığı 5 kq, uçuş müddəti 3 saata yaxındır. Sursat 20 km radiusda hədəflərin axtarışı və zərbə endirilməsi üçün istifadə edilə bilər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə ermənilərə qarşı İsrail istehsalı olan "Harop" adlı "gəzən sursat"dan istifadə etmişdi. 2016-cı ilin sentyabr ayından MSN İsrailin "Aeronautics" şirkəti ilə "Zərbə" adlı kamikadze PUA-nın seriyalı istehsalına başlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1559   Tarix: 22 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel