"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulurLandmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Eran Muduroğlu barəsində məhkəməyə xüsusi icraat qaydasında müraciət edib.

"İdarə onun Azərbaycandan çıxışının məhdudlaşdırılmasını istəyir. İş hazırda apellyasiya mərhələsindədir. Ziya Şirinov iş üzrə hakim təyin edilib.

Eran Muduroğlu kiprli iş adamı, mərhum Sami Efruz Muduroğlunun oğludur. Samir Efruz Muduroğlu Bakıda fəaliyyət göstərən "Landmark" Biznes Mərkəzinin sahibidir. O, hələ sağ ikən "Landmark"ın idarəçiliyini oğlu Eran Muduroğluna verib.

Eran Muduroğlunun xanımı Nərgiz Nəsrullayeva isə 2001-2007-ci illərdə Hesablama Palatasının sədri olmuş Namiq Nəsrullayevin qızıdır.

Nərgiz Nəsrullayeva bu yaxınlarda Azərbaycanı tərk edib. Mediada gedən məlumatlarda onun ölkəni tərk etməsi Muduroğlu ailəsinin Bakıdakı biznesinin vəziyyəti ilə izah edilir.

Bəzi iddialara görə, Muduroğlu ailəsnin biznesi çöküş dövrünü yaşayır. Onların külli miqdarda vergi borcunun yarandığı iddia edilir.

Nərgiz Nəsrullayeva ölkədən getməsinin səbəbləri barədə danışmaq istəməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 693   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Keçmiş məhkum yenə narkotiklə tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb. Bu barədəSonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunda

7 may
.

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşünd

6 may
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Bu barədə -a Qida Təhlükəsizliyi Agentliyində

7 may
.

Azərbayanda bu şəxslərə mənzil kirayəsi ilə əlaqədar pul veriləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliy

7 may
.

Güclü dolu yağdı: Toy yarıda dayandı - VİDEO

Azərbaycanda may ayının əvvəlindən başlayan qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bir çox bölgələrə leysan xarakterli yağışlar yağıb, bəzilərinə isə dolu düşüb. Belə ki, sosial şəbəkələrdə hətta güclü dolunun "palatka" toyunu yarımçıq dayandırması ilə bağlı görüntülər də yayılıb

7 may
.

Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır. yayılan xəbəri şərh etmək üçün Bakı Şəhə

7 may
.

Deputat: Bəzi qurumlarda, nazirliklərdə "Qaynar xətt" yox, "İlıq xət"dir, "Soyuq xət"dir"

Deputat dəfn üzrə müavinətin artırılması təklifi ilə çıxış edib. Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, dəfn müavinəti almaqda da problemlər var: "İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanla

7 may
.

Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - Video

Bu gün ölkədə taksi fəaliyyəti ilə məşğul olan çox sayda şirkət var. Məlumdur ki, Nazirlər Kabinetinin yeni qərarından sonra buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilmir. Bu da, avtomobillərin tədricən azalması ilə nəticələnib. Daha ucuz qiymətə xidmət göstərən taksilər

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may