Bakıda çempion olmuş qadın boksçuya xəyanət etdilər - FOTO

Bakıda çempion olmuş qadın boksçuya xəyanət etdilər - FOTO2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında qadınlar arasında 51 kq çəki dərəcəsində boks üzrə çempion olmuş Nikola Adams pərişandır. O, xəyanətlə qarşılaşıb.

İkiqat Olimpiya çempionu, 35 yaşlı Nikola Adams nişanlısı, amerikalı boksçu Marlen Esparza ilə ailə qurmağa hazırlaşırdı.

16 ay əvvəl tanış olan, bir yerdə yaşamağa başlayan Nikola və Marlenin toyu bu yay olmalı idi.

Fəqət, Marlen Esparza nişanlısı Nikolanı atıb və sevdiyi qadın olduğunu deyib.

Britaniya İmperiyası ordeni olan Nikola dərin depressiyadadır.

O, 28 yaşlı nişanlısı Esperzanın xəyanətinin səbəblərini hələ də anlamadığını söyləyir.

Mayın 19-da Nikola doğma Lids şəhərində rineqə çıxacaq. Rinqdə hələ uduzmamıh qadın boksçu bu dəfə də renomesini qorumağa çalışacaq.

milli.az

İdman   Baxılıb: 734   Tarix: 11 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR