Teleqüllə, "Alov qüllələri" və Şəhidlər Xiyabanına təhlükə var? - VİDEO

Teleqüllə, "Alov qüllələri" və Şəhidlər Xiyabanına təhlükə var? - VİDEOSonxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun "Report"a müsahibəsini təqdim edir.

- Bayıl sürüşmə zonasında hazırda vəziyyət necədir? Sürüşmə olan vaxtla indiki vəziyyət arasında fərq varmı?

- Hazırda Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilir, bununla bərabər geoloji kəşfiyyat işləri, buruq-qazma işləri həyata keçirilir. Son məlumata görə, prosesin dinamikasında aktivlik qeydə alınmayıb.

- Sürüşmə zonasında indiyə kimi hansı işlər görülüb və hansı işlərin görülməsi nəzərdə tutulur?

- Hazırda ərazidə axtarış-kəşfiyyat işləri davam etdirilir. Bu məqsədlə ərazidə quyular qazılır, quyulardan süxur nümunələri götürülür, laborator analizlərə göndərilir. Məqsəd yerin dərin qatlarında olan süxurların ekoloji tərkibini, fiziki-mexaniki xüsusiyyətlərinin araşdırılmasıdır. Bundan əlavə, ərazidə mayaklar, reperlər quraşdırılıb və onlar üzərində daimi olaraq müşahidə işləri aparılır. Nəticələr xüsusi jurnallarda qeyd edilir. Araşdırma işlərinin sonunda hesabat tərtib olunacaq, prosesin baş vermə səbəbləri və görülə biləcək tədbirlər haqqında məlumat veriləcək.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı işlərin nə vaxta qədər davam edəcəyi gözlənilir?

- Aparılan işlər bu ilin avqust ayına qədər davam edəcək.

- Sürüşmənin səbəbi kimi hansı amillərin olması göstərilir və hansı amil daha çox önə çəkilir?

- Bu ərazidəki sürüşmənin səbəbi də digər sürüşmə sahələrindən fərqli deyil. Proses həm təbii, həm də texnogen amillərin təsirindən baş verib. Təbii amil kimi ərzinin yüksək mailli yamac olması və atmosfer yağıntılarını göstərmək olar. Texnogen amillərə gəlincə, yamacın aşağı hissəsinin şaquli kəsilərək orada müxtəlif tikililərin həyata keçirilməsidir ki, bu da yamacın dayanıqlığının zəifləməsinə və son nəticədə prosesin dinamikasına təsir göstərir.

- Əraziyə neçə gündən bir nəzarət edirsiniz?

- Daimi olaraq ərazi nəzarətdədir. Ərazidə axtarış işləri aparılır, buruq-qazma işləri həyata keçirilir, reperlər və mayaklar üzərində müşahidə və monitorinqləri təşkil olunur. Demək olar ki, hər gün nümayəndələrimiz ərazidədirlər, vizual müşahidə işləri aparırlar.

- İntensiv yağış yağarsa, ərazinin yenidən sürüşmə ehtimalı varmı?

- Ola bilər, təbii ki mümkündür. Güclü atmosfer yağıntıları sürüşməyə təsir göstərən təbii amildir.

- Ərazidəki sürüşmənin Teleqülləyə, "Alov qüllələri" kompleksinə və s. ətraf ərazilər üçün təhlükəsi varmı?

- Birmənalı şəkildə, xeyir. Həmin ərazilər köklü süxurlar üzərində yerləşib. Bayıl ərazisində baş verən sürüşmə prosesinin Teleqülləyə, "Alov qüllələri" kompleksinə və Şəhidlər Xiyabanının yerləşdiyi əraziyə heç bir təsiri yoxdur, yəni bu sürüşmə sahəsi qeyd olunan ərazilərdə prosesin dinamikasında aktivlik yarada bilməz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2181   Tarix: 14 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel