QARĞALAR ÖLÜLƏRİNİ BELƏ "DƏFN" EDİR

QARĞALAR ÖLÜLƏRİNİ BELƏ "DƏFN" EDİRMəşhur "Science" elmi portalında yazılanlara əsasən, elm adamları gündəlik həyatımızın bir parçası olan qarğalarla bağlı fərqli araşdırma aparıblar. Diqqət edin, bir qarğa öldükdən sonra nələr olur?

Ala qarga öz növündən olan başqa qarğanın ölüsünü gördükdə, yemək axtarmağı dayandırır və başqalarını səsləyir. Beləliklə, başqa qarğalar ölü qarğanın ətrafında toplaşırlar.

Tədqiqatçılar rəngli ağacın parçalarına reaksiya göstərməyən qarğaların başqa qarğanın ölüsünü görəndə fərqli səs çıxararaq quşları çağırdığını qeyd edirlər. Bir qarğa yerdə başqa qarğa ölüsü görürsə, o, çaşqınlıq və həyəcan siqnalları verir.

Anekdotal hesabatlarında bəzən cəsədin üstünü budaqlar və yarpaqlarla örtməyə çalışdıqları göstərilir. Sonra susub səssizcə ölü quşa yas tuturmuş kimi tamaşa edirlər.

Qarğalar həmçinin ən böyük düşmənini, bayquşları görəndə quşları xəbərdar edir. Çağırışı eşidən digər qarğalar toplanıb düşmən üzərinə birgə yürüş edirlər.

Tədqiqatçı Mark Şvayger qarğaların zəkasıyla əlaqəli bunları deyib:

"Qarğalar ən çox işləməyi sevdiyim quşlardır, çünki çox ağıllıdırlar. Hətta sizdən daha ağıllı ola bilərlər. Quşlarımdan biri başımı çevirdiyim vaxt belimdəki it yemiylə dolu torbanı götürüb qaçmağı öyrənib".

moderator.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2756   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21 aprel
.

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yaratdılar

Ulsan Milli Elm və Texnologiya İnstitutunun cənubi koreyalı alimləri sintetik almazların sürətlə istehsalı üçün yeni üsul hazırlayıblar, bu da cəmi 150 dəqiqə ərzində kristal əldə etməyə imkan verir. APA xəbər verir ki, bu barədə tədqiqat "Nature" elmi jurnalında dərc olunub. Təbiətdə almazla

25 aprel
.

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirilə

20 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Mask: "Ukrayna münaqişəsindən çıxış yolu yoxdur"

ABŞ-li iş adamı İlon Mask bildirib ki, Ukrayna münaqişəsindən çıxış yolu yoxdur. xəbər verir ki, o, bu narahatlığını ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar ayırması ilə bağlı qanun layihəsinin qəbulu fonunda bildirib. "Mənim ən böyük narahatlığım ondan ibarətdi

21 aprel
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel