Kişilər, kəmərinizi möhkəm sıxmayın, yoxsa...

Kişilər, kəmərinizi möhkəm sıxmayın, yoxsa...Möhkəm sıxılan kəmər yemək borusu və qırtlaq xərçəngi riskini artırır.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Şotlandiyada Qlasqov Universitetində aparılan araşdırmada bu qənaətə gəliblər.

Kennes Makkol və heyətinin çalışması nəticəsində artıq çəkili adamların kəmərlərini "1 deşik boş buraxmasının" yemək borusu və qırtlaq xərçəngi riskini azaltdığı müəyyən olunub. Araşdırma zamanı iştirakçıların yeməkdən sonra mədə turşusunun miqdarı ölçülüb. Nəticələr kəmərin çox sıxılması və ya boş buraxılması hallarıyla qarşılaşdırılıb. Xüsusən kök insanlarda kəmərin möhkəm sıxılıb bağlanması mədə və yemək borusu arasındakı hissəni sıxır və mədənin ifraz etdiyi turşu yemək borusuna qalxır.

Alimlər mədə turşusunun xərçəngə meyilli qida borusu hüceyrələrinə zərər verərək göynəmələrə, zaman zaman da xərçəngə səbəb olacağını deyiblər.

Sağlamlıq   Baxılıb: 1579   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR