Azərbaycanda dolların bahalaşacağı xəbərlərinə CAVAB

Azərbaycanda dolların bahalaşacağı xəbərlərinə CAVAB"Dünya bazarında son üç il yarımı əhatə edən dövr üçün neftin qiymətinin 2018-ci ilin cari dövründə maksimum səviyyələrdə qərarlaşması ölkənin xarici sektor göstəricilərinə pozitiv təsir etməklə tədiyyə balansında profisitin yaranması ilə nəticələnib. Bu da, öz növbəsində manatın məzənnəsinin sabitliyini təmin edir, hətta milli valyutanın bahalaşması üçün təzyiq yaradır".

Bunu "APA-Economics"ə açıqlamasında iqtisadçı-ekspert Qulu İbrahimli deyib. Onun fikrincə, hökumətin və Azərbaycan Mərkəzi Bankının hazırda qəbul etdiyi qərarlar və tənzimləmələr manatın möhkəmlənməsinin qarşısını almaq yönündədir: "Ona görə də manatın ucuzlaşacağı ilə bağlı son günlər cəmiyyətdə yaranan ajiotajın heç bir əsası yoxdur. Belə ki, Mərkəzi Bankın analitik balansının təhlilindən də görünür ki, bazarda xarici valyuta artıqlığı mövcud olub və bunu aradan qaldırmaq, eyni zamanda manatın bahalaşmasının qarşısını almaq üçün Mərkəzi Bank valyuta alışı edib. Son aylar pul bazasında müşahidə olunan artımda Mərkəzi Bankın bazardan izafi xarici valyutanın yığmasının da rolu olub".

Dollara tələbat artmayıb

Qulu İbrahimli qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) tərəfindən daha çox valyuta satılmasının ölkədə dollara olan tələbatın artması kimi qiymətləndirilməsi düzgün deyil. Ekspert bildirib ki, hələ ötən il, 2017-ci ilin dövlət büdcəsinin tərtibi zamanı hökumət tərəfindən ARDNF-nin dövlət büdcəsinə transfertlər çərçivəsində 2018-ci ildə satılacaq valyutanın həcmi müəyyənləşdirilib: "Yanvar-mart aylarında Fondun satdığı xarici valyuta aylar üzrə hələ əvvəlcədən müəyyən olunan bölgüyə uyğun olub, burda valyutaya tələb artımından söhbət gedə bilməz. Neft Fondu dövlət büdcəsi qarşısında transfert öhdəliyini manatla həyata keçirdiyindən, xarici valyutanı satıb manata çevirir. Nəzərə alsaq ki, 2018-ci ilin dövlət büdcəsində "Azərbaycan Beynəlxalq Bankı"nın xarici öhdəliklərinin yerinə yetirilməsinə vəsait yönəldilməsi nəzərdə tutulub, deməli, həmin xarici öhdəliyin yerinə yetirilməsi üçün Fondun satdığı valyutadan əldə edilən manat kütləsi təkrar xarici valyuta alışına yönəldilib. Göründüyü kimi, Fondun valyuta satışı dövlət büdcəsinin icrası prosesində adi bir prosedurdur, valyuta tələbi artımı ilə heç bir əlaqəsi yoxdur".

Dollar ucuzlaşacaq, manat bahalaşacaq

2018-ci ildə dünya bazarında neftin qiymətini şərh edən ekspertin sözlərinə görə, "qara qızıl"ın qiyməti indiki səviyyələrdə qalacaq. Qulu İbrahimli bildirib ki, hətta neftin bahalaşması ehtimalının yüksək olmasını şərtləndirən əsas səbəblərdən biri Amerika Mərkəzi Bankının (FED) ilin sonunadək daha üç dəfə faiz artımına getməsi ehtimalıdır. "Hesab edirəm ki, FED-in faiz qərarlarında inflyasiya hədəfinə nail olmaq baxımından neftin qiyməti əsas rol oynayır. Faiz qərarları ilə neftin qiymətindəki yuxarı yönlü dinamika arasında müşahidə olunan düz mütənasiblik əlaqəsi də bunu deməyə əsas verir. ABŞ-da 2018-ci ilin sonunadək faiz artımı qərarları olması yenə də neftin qiymətinin yuxarı olması halında mümkün ola bilər. Deməli, dünyada siyasi iradə neftin qiymətinin ən azı indiki səviyyədə saxlamaq yönündədir və bu da nəyin bahasına olursa-olsun təmin olunacaq. Manatın ucuzlaşacağı yönündəki psixoloji gərginlik də müvəqqəti xarakter daşıyır. Düşünürəm ki, neftin qiymətinin mövcud səviyyələrində Azərbaycan Mərkəzi Bankı və hökumətin manatın bahalaşmasının qarşısını almaq yönündəki davranışları tədricən təsirsiz olacaq, mövcud məzənnə qismən aşağı düşəcək, yəni manat bahalaşacaq," – deyə Q. İbrahimli vurğulayıb.

Manata inam artır

Azərbaycanın keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov da manatın dollar qarşısında ucuzlaşması fikrinə münasibət bildirib və əlavə edib ki, bunun üçün heç bir əsasın olmadığı qənaətindədir. F. Yusifov qeyd edib ki, milli valyutanın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir. "Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni, real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin, Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur," – deyə F. Yusifov bildirib.

Ekspert vurğulayıb ki, son vaxtlar insanların manata etibarı xeyli artıb. F. Yusifovun fikrincə, bu inamın əsas göstəricisi son aylar ərzində banklarda əhalinin manatla olan əmanətlərində müşahidə olunan müsbət dinamikadır: "Yəni, Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir".

Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili də ekspertlərlə həmfikirdir. Millət vəkili son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı informasiyaların heç bir iqtisadi təhlilə əsaslanmadığını qeyd edib. T. Mirkilişinin sözlərinə görə, 2018-ci ilin I rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı açıq-aydın görünür. "1-ci rübün nəticələrinə görə, ölkədə iqtisadiyyat 2,3% artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq, hazırda 44,2 milyard dollara bərabər olub. Xarici ticarət dövriyyəmiz 31 faiz, ixracın həcmi isə 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70 dollardan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur," – deyə millət vəkili vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4115   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021