Bakının "Polonez" GEDİŞİ: Qarabağda savaş başlasa, rus "İskəndər"i Ermənistanı...

Bakının "Polonez" GEDİŞİ: Qarabağda savaş başlasa, rus "İskəndər"i Ermənistanı...Belarusun Azərbaycana "Polonez" raket kompleksi satması ilə bağlı xəbərlər yenidən gündəmə gəldi. "Kommersant" nəşri Belarus Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, "ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 raket kompleksi çatdırılacaq. Müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri də "öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir".
Mənbə sifarişçini açıqlamayıb, lakin Rusiya müdafiə sənayesinin iki top-meneceri nəşrə müştərinin Azərbaycan olduğunu bildirib.
Azərbaycanın "Polonez" raket kompleksi alması ilə bağlı məsələ 2016-cı ilin 28-29 noyabrında Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri zamanı gündəmə gəlmişdi.

Bakı "Polonez"ləri Rusiyanın Ermənistanda verdiyi (daha doğrusu, yerləşdirdiyi) "İskəndər"lərə qarşı əldə etmək istəyirdi. "İskəndər"lərin Ermənistan silahlı qüvvələrinin balansına verilmədiyi, rus hərbiçilərinin nəzarətində olduğu məlumdur. O da məlumdur ki, Moskvanın "İskəndər" gedişinin arxasında iki hədəf var idi:

1. Həmin vaxt Ermənistanda yüksələn anti-rus əhval-ruhiyyəsini sındırmaq.
2. Azərbaycanın "İskəndər"lər qarşısında güc balansını bərpa etmək üçün Rusiyadan yeni silahlar alması.

Lakin Bakı "İskəndər"lərə qarşı fərqli gediş etdi: "Günbəz" (İsrail) və "Polonez" (Belarus). Hətta müdafiə naziri Zakir Həsənov Belarusa səfər edərək, "Polonez"lərə baxış da keçirtdi. Bu, o demək idi ki, Belarus raketlərinin alınması daha tez reallaşdırılacaq. Həmçinin, "Polonez"lər rusların "İskəndər"lərinə qarşı əsas rəqib hesab olunur. (Təbii ki, İsraildən "Günbəz"lərin alınması da gündəmdədir).

Daha sonra "Polonez" məsələsi ikinci plana keçdi və Belarusun Azərbaycana bu raket kompleksini satmasının mümkünsüz olduğu dilə gətirildi. Bu, Belarusla Ermənistanın rus ittifaqlarında birgə təmsil olunması ilə də əlaqələndirildi.

"Komsomolskaya pravda Belarus" qəzetinə danışan hərbi ekspert Aleksandr Alesinin dediyinə görə, Azərbaycana "Polonez" raketlərinin satılmasına Ermənistan imkan verməyib.

"Biz Azərbaycana "Polonez" raket komplekslərini satmaq niyyətində idik. Lakin Ermənistan KTMT üzvü olduğumuzu xatırladaraq buna razı olmadı. Biz də KTMT üzrə müttəfiqimizin əleyhinə gedə bilmədik. Nəticədə Azərbaycanla sövdələşməmiz baş tutmadı. Yəqin ki, "Polonez"lərin ilk alıcısı Qazaxıstan olacaq", - deyə belaruslu ekspert bildirirdi.

Lakin doğrudanmı "aprel müharibəsi"ndə İrəvanla eyni ittifaqda olmasına rəğmən Bakının mövqeyini açıq şəkildə müdafiə edən Minsk "Polonez"lərin satışını Ermənistanın istəyi ilə dayandırıb?! Bu sual kimi, onun cavabının "bəli" olması da ritorik görünür. Böyük ehtimalla oyunun arxasında ruslar və onların bazar maraqları dayanırdı. Və cavab olduqca sadədir: Moskva "İskəndər" gedişi ilə Bakının rus silahını almasını istəyirdi, onun yerini başqasının tutmasına da göz yuma bilməzdi, hətta bu, müttəfiqi olsa belə...

Və burada 2016-cı ilin 15 dekabrında erməni hərbi birləşmələrinin Çinari kəndi yaxınlığında təxribatı yenidən gündəmə gəlir. Həmin hücum "aprel müharibəsi"ndə Bakıya açıq dəstək verən Qazaxıstan və Belarusu fakt qarşısında qoymaq və rus ittifaqlarındakı fikir ayrılığını aradan götürmək idi.

Bu hadisənin Lukaşenkonun Bakı səfərindən və "Polonez" razılaşmasından bir ay sonra baş verməsi də təsadüf deyildi. Və iki il sonra Azərbaycanın "Polonez" alacağı xəbərinin məhz Rusiya nəşrində "ictimailəşdirilməsi" də diqqətçəkən detaldır.

Xəbər doğrudursa və Azərbaycan 10 ədəd "Polonez" raket kompleksi alacaqsa...

a) Bu, hər şeydən öncə Azərbaycan rəhbərliyinin bütün oyunlara rəğmən öz iradəsinə uyğun davranması deməkdir.

b) "İskəndər"lərə qarşı Rusiyadan yox, başqa ölkədən müdafiə sistemləri almaq təhlükəsizliyin qarantıdır. Çünki Rusiyanın öz "İskəndər"inə qarşı Azərbaycana davamlı müdafiə sistemi satacağına, yaxud satacağı müdafiə sistemlərinin kodlarını əlində saxlayamacağına heç kim zəmanət verə bilməz.
c) "Polonez"lərin alınması Ermənistanın "İskəndər" dayağının sıradan çıxarılmasıdır.

"Polonez" raket kompleksi: hər biri 450 kiloqram döyüş başlıqlı 8 raket daşıyır; 8 hədəfi eyni anda vura bilir, sapma ehtimalı 20-30 metrdir; 300 kilometr məsafədə hədəfi məhv edə bilir; hər biri 500 kiloqram döyüş başlıqlı cəmi iki raketə malik "İskəndər"lə müqayisədə daha güclüdür.

Deməli, mümkün Qarabağ müharibəsində Ermənistanı rus "İskəndər"i belə xilas edə bilməyəcək./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1925   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021