Amaliya Pənahovanın üzü və içimizdəki şeytan

Amaliya Pənahovanın üzü və içimizdəki şeytanMənim düşüncəmə görə, bir insan etdiyi hərəkətlə bəşər və bəşəriyyətə ziyan vurmursa, heç kimin yolunda maneəyə çevrilmirsə, istədiyini etməkdə azaddır. Bu, onun həyatıdır, necə yaşamaq istəyi və məsuliyyəti də özünə aiddir.

Bəs belədirsə, biz niyə hökmən insanların seçimlərinə müdaxilə etmək, seçimlərinin nəticələrini məsxərəyə qoymaq məcburiyyəti hiss edirik özümüzdə?

Yəqin ki, siz də gördünüz, dünən hər kəs bir-birinin bəhsinə düşüb aktrisa Amaliya Pənahovanın bu günlərdə baş tutan tədbirlərin birində çəkilmiş fotosunu paylaşıb, o ki var lağa qoydular. Tutaq ki, o, estetik əməliyyat etdirib və bu da uğursuz olub. Burda müzakirəyə çıxarılmalı, lağa qoyulmalı nə var? Hə, o başqa mövzudur ki, burda həkim uğursuzluğu var və bunu tənqid etmək olar. Ki, əlinin altındakı insanın, özü də daim göz önündə olan aktrisanın, həm də kimdəsə daim qüsur axtaran bir toplumun aktrisasının üzünə belə laqeyd, məsuliyyətsiz yanaşıb.

Amaliya xanım sevdiyim aktrisalar sırasında olmasa belə, gözəl xanım olub, bunu dana bilmərəm. Amma onun indi 73 yaşı var, insan ömrünün sonuna kimi gözəl qala bilməz, yaş üstünə gələn yaş da vəfasızdır. Və bu xanım daim güzgüdə özünü gözəl görübsə, onu səhnənin gözəl aktrisası kimi qiymətləndiriblərsə, o, yenə bu gözəlliyi arzulayıb, ona qovuşmaq istəyib. Ola bilməz ki? Bundan təbii nə var ki? Nəticə artıq ondan asılı olan bir şey deyil. Mən bu nəticəyə bir insan, bir qadın kimi ancaq və ancaq heyifislənə, üzülə bilərəm. Vəssalam.

Ümumiyyətlə, gəldiyim qənaət budur ki, insanın başına gələn hər şeyi, yaşadığı hər bir hissi anlamaq olar, orda mütləq onu başa düşməyə, haqq verməyə məqam tapmaq olar. Eynilə əksi də çox asandır, mütləq onu qınamağa bir məqam tapa bilirik. Əfsuslar olsun ki, biz adətən ikinciyə üstünlük veririk. Ehtiyacımız qüsurlaradır, mənfi detallaradır. Məncə, belə olan halda problem qarşı tərəfdə yox, bizim özümüzdədir. Düşünmək gərəkdir ki, bizim niyə gözümüz, könlümüz, qulağımız belə hadisələr, durumlar axtarır? Niyə məsxərəyə qoymağa, qınamağa adam tapanda sevinirik? Bir anlıq özünüzü həmin adamın yerinə qoya bilmirsiniz yəni?

Şəxsən mən bu yaşımda estetik əməliyyatın əleyhinəyəm, özümə qarşı elə bir kompleksim yoxdur. Amma bu, o demək deyil ki, həmişə bu fikirdə qalacam və o da demək deyil ki, hamı mənim kimi düşünməlidir. Mənim də dostlarımdan aktrisanı gülüş hədəfinə çevirənlər oldu. Özlüyümdə düşündüm ki, demək, mənim də başıma belə bir hadisə gəlsə, mənim də "taleyim" belə olacaq. Nə yazıq ki...

Üzülürəm. İnsanların seçimlərinə, həyat tərzlərinə, yaşadıqlarına, başına gələnlərə sayğı duymadığımız üçün, anlamağa çalışmadığımız üçün üzülürəm. İçimizdəki şeytana yenildiyimiz üçün üzülürəm...

Bir az sevgi, bir az anlayış, bir az insaf, bir az vicdan, bir az hörmət, bir az... bir az... bir az...

Sevinc Fədai


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1987   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021