İcra başçısının döydüyü vətəndaş: "Şəhidimin goruna söyüb, qırdığı burnum üçün...

İcra başçısının döydüyü vətəndaş: "Şəhidimin goruna söyüb, qırdığı burnum üçün...Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin fəhləni döyməsi barədə xəbər vermişdik.

Sonxeber.az bildirir ki, yenicag.az-a danışan Rahil Əliyev bildirib ki, icra başçısı ilə polis rəisi onun yanına gəlib və Vaqif Abdullayev onu vurub:

"Təxminən gecə saat 00:30 radələri olardı. Başçı polis rəisi ilə birlikdə son dərəcə sərxoş halda qarovul çəkdiyim əraziyə gəldi. Sonra məni təhqir etməyə başladı. "Rayon rəhbəridir", deyib səbrimi basdım ki, yola gətirim, xeyri olmadı. Ölümü söydü, ona – şəhidimiz olduğunu dedikdən sonra "Sənin şəhidinin gorunu ….", – dedi və üstümə gələrək üzümə möhkəm yumruq zərbəsi endirdi. O qədər sərxoş idi ki, məni vurandan sonra özü də yıxıldı".

Beyləqan rayonu Heydər Əliyev prospekti, ev 14 ünvanında beş qardaşı ilə eyni ünvanda yaşayan Rahil Əliyev, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevlə aralarında baş verən hadisənin nədən qaynaqlanmasını belə izah edib:

"Bir aydan artıqdır ki, rayonda Beyləqan Olimpiya Kompleksinin tikintisinə başlanılıb. Tikinti gedən ərazidə kiçik qardaşımla birgə gözətçi işləyirdim. Həmin vaxt meydança ərazisində qazıntıdan çıxarılan beş ədəd dəmir boru var idi. Həmin boruları başçının özünün göstərişi ilə meydançanın geyinib-soyunma otağına qoymuşdum. Sonra rayonda konsert keçirildiyi və incəsənət xadimlərinə maneçilik törətdiyi üçün həmin boruları meydançaya – digər tikinti materialları yığılan əraziyə qoymalı olduq. Bir neçə gün sonra yuxarının göstərişi ilə tikinti aparan şirkətin başqa şirkətlə əvəz olunması barədə göstəriş verildi. Başçı isə boruların ərazidən götürülməsi barədə rayonun Bələdiyyə sədirinə göstəriş vermişdi. Bir gün əraziyə nəzər yetirən zaman həmin borunun orada olmamasını görüb bələdiyyə sədri Novruz (Novruz Quliyev) müəllimlə telefonla əlaqə saxladım. O danışıq zamanı boruların onlar tərfindən aparılmadığını bildirdi. Daha sonra müəyyən etdim ki, borular 90-JX-380 dövlət nömrə nişanlı "Shagman" markalı yük maşını ilə təmirə (çox güman ki, rənglənməyə) aparılıb. Mən dərhal məlumatı Novruz müəllimə bildirdim. O isə razılaşdı".

İcra başçısı ilə Rahil Əliyev arasındakı qarşıdurmaya məhz 5 dirəyin səbəb olduğunu qeyd edən zərərçəkən şəxs qeyd edib ki, icra başçısı və polis rəisi yeriyə bilməyəcək dərəcədə sərxoş olublar:

"İcra başçısı polis rəisi ilə birlikdə içəri girdilər. Sən demə polis rəisi Füzuli Sıxəliyev telefonla zəng edib qardaşım İlkin Əliyevi də çağırıb. Qardaşım gəldikdən sonra başçı rəisə dedi ki, "Bu banditlərin hər ikisini apar at içəri! Ciblərinə narkotik qoyub hər ikisini ilim-ayaq itir". Qardaşım başçıdan nə üçün belə etdiyini soruşanda o bizi boru oğurluğu ilə ittiham etdi. Söyüş söydükdən sonra məni vurdu. Mənim burnumdan şiddətli qanaxma başladı. Həmin vaxt rayonun bələdiyyə sədri Novruz Quliyevi də ora çağırmışdı. Bizimlə birgə Novruz müəllimin də ünvanına təhqiredici və alçaldıcı söyüşlər yağdırırdı. Mən yerdə qanın içində olmağıma baxmayaraq, polis rəisi ilə birlikdə yenə döydülər".

Polis şöbəsinə aparıldıqdan sonra onlara tibbi yardım edilmədiyini deyən, Rahil Əliyev bildirib ki, burnundan qan axmasına baxmayaraq, iki saata yaxın təbbi yardım çağırmayıblar:

"Məni və qardaşımı aparanda bu boru işindən cənab nazirin xəbərdar olduğunu bildirdim. İcra başçısı isə nazirin və ölkə rəhbərinin ünvanına ağır təhqiredici söyüş yağdırdı. Tibbi yardım göstərildikdən sonra qanaxmam qismən dayandı. Təxminən gecə saat beş radələrindən sonra (Məsələyə Gənclər İdman Nazirliyi qarışandan sonra) bizi evə buraxdılar".

Baş verən hadisə zamanı burnunun sümüyü sınan Rahillə maraqlanan olmayıb. Yalnız məsələ ictimailəşdikdən sonra hadisədə adları çəkilən şəxslər ailənin qapısına ard-arda "elçilər" göndərməyə başlayıblar:

"İcra başçısı rayonda hörmət sahibi olan hər kəsi xahişə göndərir. Hətta burnumun əməliyyatı və beş min manat pul da təklif olunub. Amma razılaşa bilmərəm. O mənim üzümə qarşı cəbhədə şəhid olan dayımın goruna söyüb".

Əldə etdiyimiz məlumata görə, hadisə baş verən gün Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayev rayon ərazisində yerləşən restoranların birində Rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev, rayon prokuroru Azər Osmanov və Rayon Bələdiyyəsinin sədri Novruz Quliyevlə ziyafətdə olublar.

Beyləqan RİH başçısının birinci müavini Telman Məstəliyev belə bir hadisənin olmadığını bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2688   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021