Amaliya Pənahovanın fotosuna gülənlər...

Amaliya Pənahovanın fotosuna gülənlər...Odlar diyarının içi mən qarışıq zəhmətkeş insanları yeni bir mövzu üzərində çalışmaqdadır. Məsələ ünlü aktrisa Amaliya Pənahovanın plastik əməliyyatlarıdır.

Xəbər budur ki, aktrisanın yeni görünüşü oxucuları məyus etmişdir. Bir fotofaktla ortaya çıxıb ki, aktrisanın yenilədiyi, gəncləşdirmək üçün çalışdığı siması günü-gündən çiçəklənən müxtəlif sahələrin, məsələn, kino və teatrımızın inkişafı ilə ayaqlaşmır. Zəhmətkeşlər aktrisanın şəkillərini paylaşıb altına öz narazılıqlarını, hətta təhqirlərini yazırlar.

Plastik əməliyyat hər kəsin şəxsi işidir. Necə bir simaya sahib olmağı indi Allahdan sonra bir də pulu olan insan özü seçir. Bəs hiddətlənənlər harada haqlıdırlar? Onlar qadını, çox vaxt da ölkəsinin qadınını təmsil edən aktrisanın gözəl olmasını istəyirlər. Daha düzü, keçmişin gözəllik standartlarını unuda bilmirlər.

Düzdür, günün gözəllik standartları, yəni yayğın standartları qadın təbiiliyi, həssaslığı, individuallığı deyil, şişmiş dodaqlar, irəli çıxmış almacıq əzələləri, döymə qaşlarla süniliyi, laqeydliyi və pornoqrafikliyi vurğulayır.

Gedin ortabab bir gözəllik salonuna, sizə belə standartlar təklif edəcəklər. Amma bu standartlar bu qədər yayğındırsa, tələb təklif varsa, hamı bu qədər məmnundursa, bu standartları izləyən Amaliya xanıma niyə acıqlıdırlar?

Bu qəzəbli insanlar kino və teatr təəssübkeşi olsalar, onları başa düşmək olardı. Çün tatuaj qaşlar, şişmə dodaqlar aktrisanın ifadə vasitələrinə ziyan vurur. Üz əzələlərini korlayır, beləliklə mimikada problem yaradır. Aktrisa bunu düşünməlidir. Amma axı indi, aktrisanı kim düşündü ki, o da bunu düşünsün?

Məgər ildə on sənət filmi çəkilirdi ki, Amaliya xanım da film dərdi çəkib, mimikalarının qeydinə qalaydı? Amaliya xanım bu gün bədii kinonun həll edə bilmədiyi aktrisa simasıdır.

Təsəvvür edin, büdcəyə vergi ödəyən bir vətəndaş kimi qazancından kinoya pul ayırırsan, amma kino yerinə, sevdiyin aktrisanın uğursuz fotosunu verirlər. Sizsə, bu şəklə görə kinoya, teatra, mədəniyyətə görəvli olan məmurları deyil, öz pulu ilə öz simasına gözəllik qatmaq istəyən aktrisanı pisləyirsiniz. İndi türklər demiş, nerdə adalet?

Özünüz də bilmirsiniz ki, sevimli seriallarınızda oynayan, sizi göz yaşlarına boğan onlarla aktrisa, aktyor pislədiyiniz Amaliya Pənahovanın qurub-qoruduğu Bələdiyyə Teatrından çıxıb. (Ki, teatrın normal şəraitli binası da yoxdur). Daha düzü, bu teatrın hesabına öz peşə statusunu qoruyub.

Yəni, bu qədər dərd etməyə dəyməz: Həqiqət həmişə gözəl görünmür!

Lent.az,

Aliyə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3417   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28 aprel
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

4 may
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

5 may
.

Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ

Maqnit qasırğaları zamanı ən çox görünən narahatlıq baş ağrılarıdır. Çünki maqnit partlayışları və elektrik impulsları səbəbindən beyin neyronlarının həyəcanlılığı artır. Bu barədə rusiyalı həkim Natalya Balan məlumat verib. "Ağrı şiddətli miqren, başgicəllənmə, zəiflik və qulaqda küy yaradır. Geomaqni

5 may
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28 aprel
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

5 may
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28 aprel
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

5 may
.

Qarın rəqsi ilə milyonlar qazanan türk - FOTO

Rəqs vidoeları ilə gündəm olan sosial media fenomeni Yasin Cengizin gəliri açıqlanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, artıq çəkili fenomenin qatıldığı məclislərdə 100 min dollar (təxminən 170 00 AZN) qazandığı ortya çıxıb. 2023-cü ilin sonunda Yasin Cengizin gəlirinin 400 min dollar olduğu təxmi

6 may