Neftin qiyməti ilə bağlı BƏDBİN PROQNOZ

Neftin qiyməti ilə bağlı BƏDBİN PROQNOZBu gün "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,29 dollar və ya 0,39% artaraq 75,25 dollar təşkil edib.

Bəs neftin qiymətində bu yüksəlmələr nə zamanadək davam edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında neftin qiymətinə təsir edən amillərdən danışıb:

"Neftin qiymətinin artması siyasi səbəblərdən, hərbi vəziyyətdən qaynaqlanır. Siyasi gərginlik, dünyada baş verən hadisələr, Suriya və İraqda davam edən müharibələr, Səudiyyə Ərəbistanla Yəmən arasındakı münasibətlər neftin qiymətinin qalxmasına təsir edib. Ötən gün neftin qiymətinin qalxmasına əsas təsir edən amil də Yəməndə Husilər tərəfindən Səudiyyə Ərəbistana edilən raket hücumu idi".

N.Cəfərlinin sözlərinə görə hələlik, neftin qiymətinin qalxmasında iqtisadi faktorlar önə çıxmayıb:

"Yeganə iqtisadi səbəb OPEC ölkələri ilə birgə Rusiyanın hasilatı azaltması haqda olan proyektidir. OPEC ölkələri və Rusiya gündəlik hasilatı 1 milyon 800 min barelədək azaltmışdı. Bunun əvəzində isə artıq Amerika və Kanada hasilatı artırıb. 2 il öncə bu qərar verilərkən Amerikada gündəlik hasilat 8.4 milyon barel idisə, bu gün həmin rəqəm 10.5 milyon barelə qalxıb. Təkcə Amerika 2 milyonadək hasilatı artırıb. Kanada da hasilatda 1 milyonadək artım olub".

N.Cəfərlinin sözlərinə görə siyasi gərginlik davam etdikcə neftin qiymətində artım olacaq:

"Lakin bu proses uzun sürə bilməz. Dünya daim gərginlik içində yaşaya bilməz. Müharibələr səngidikcə neftin qiymətində azalmaları müşahidə edəcəyik. Neft hasil edən ölkələrlə neft istehsal edən ölkələr arasında ortaq bir qərar var ki, neftin 55-60 dollar olması hər kəs üçün sərfəlidir. Düşünürəm ki, yay aylarından etibarən gərginlik səngidikcə neftin qiyməti 55-60 dollar təşkil edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1517   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021