Sarkisyan Azərbaycana gətirilə bilər

Sarkisyan Azərbaycana gətirilə bilərKeçmiş baş nazir və prezidentin tutulub həbs edilməsi mümkün hadisədir.

Sonxeber.az teleqraf.com-a istinaən xəbər verir ki, u mövzuda danışan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, Sərkisyanı Azərbaycanda, xüsusilə Xocalıda törətdiyi cinayətlərə görə cəzalandırmaq mümkündür:

"Açığı, Azərbaycan tərəfinin Sərksiyanı beynəlxalq axtarışa verməsi, onun cinayətləri haqqında müəyyən sənədləri İnterpola təqdim etməsi haqda məndə məlumat yoxdur. Bəlkə də, ediblər. Təbii ki, hər bir ölkə çalışır ki, öz vətəndaşını mühakimə olunmaq üçün başqa dövlətə təslim etməsin. Bu baxımdan Ermənistanda rəsmi statusa malik Sərkisyanın mühakimə edilməsi üçün Azərbaycana vermə ehtimalı sıfıra bərabərdir. Amma hər halda Azərbaycan tərəfi cəhd göstərməlidir ki, üçüncü dövlətlərdə Sərkisyanın həbsini reallaşdıra bilsin. Bir neçə gün əvvəl Hüseyn Abdullayevin Türkiyədə saxlanaraq Azərbaycana gətirilməsi hadisəsi baş verdi. Sərkisyanın həbsi də ancaq bu cür reallaşa bilər. Yəni bu qatilin həbsi üçüncü ölkələrin vasitəsilə reallaşa bilər".

Hüquqşünas deyir ki, Sərkisyanın həbsi üçün Azərbaycan tərəfi tələb edilən beynəlxalq prosedurları həyata keçirməlidir:

"Bunun üçün Sərkisyan barəsində axtarış elan olunmalı, onun ittiham olunduğu sənədlər rəsmən İnterpola təqdim edilməlidir. Bundan sonra Sərkisyan axtarışda olan şəxs kimi qiymətləndirilir. Və proses beləcə başlayır, üçüncü ölkələr vasitəsilə onun saxlanılması, başının ağrıdılmasına cəhdlər olunur. Qanuni yol budur. Sözsüz ki, bu günə qədər Sərksiyan böyük vəzifələr daşıyırdı. Əslində bu vaxta qədər onun barəsində axtarış verilsəydi, yaxşı olardı. Təbii ki, prezidentin və baş nazirin üçüncü ölkədə həbs edilərək tələb olunan ölkəyə ekstradisiya olunması beynəlxalq praktikada yoxdur. Amma keçmiş baş nazir və prezidentin tutulub həbs edilməsi mümkün hadisədir. Burada söhbət təkcə Sərkisyandan getmir. Qarabağ klanı yəqin ki, vurulacaq. Onların hamısı zamanında Qarabağda Azərbaycana qarşı vuruşub, mülki əhalimizə divan tutublar. Onların hamısı barədə beynəlxalq axtarış elan olunmalıdır. Səhv etmirəmsə, o zaman prokurorluq cinayət işi qaldırılmışdı və istintaq aparılırdı. Sonradan bu işin dayandırılıb-dayandırılmadığı haqda məndə informasiya olmadı. Sərksiyan, Köçəryan və digər şəxslər Qarabağ faciəsi, ən azı Xocalı soyqırımına görə məsuliyyət daşıyır. Hər halda Azərbaycan bu istiqamətdə beynəlxalq fəaliyyəti gücləndirməlidir".

Qeyd edək ki, Ermənistanda xunta rejiminin başında duran Serj Sərkisyanın etiraz aksiyaları səbəbindən baş nazir vəzifəsindən istefa verməsi dünya mediasının gündəm mövzusuna çevrilib. Azərbaycanda Sərkisyan daha çox Xocalı soyqırımının qatili kimi tanınır və onun özü də britaniyalı jurnalist Tomas de Valla müsahibəsi zamanı bu soyqırımda əsas təşkilatçı kimi iştirak etdiyini təsdiq edib. Sərksiyanın Ermənistan hakimiyyət olimpindən biabırçı istefasından sonra Xocalı qatili kimi cəzalandırılması məsələsi gündəmə gəlir. Artıq qatilin toxunulmazlıq statusu yoxdur və məntiqlə onun barəsində beynəlxalq axtarış verilə, Azərbaycan torpaqlarında etdiyi cinayətlərə görə cəzalandırıla bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3023   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel