Vergilər Nazirliyi 5 nəfəri həbs etdi — SƏBƏB

Vergilər Nazirliyi 5 nəfəri həbs etdi — SƏBƏBVergilər Nazirliyi pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, bu yaxınlarda paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində vergi nəzarəti tədbirləri keçirilib və bu zaman qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması faktları aşkar edilmişdi.

Ölkəyə qeyri-qanuni yolla idxal olunanaksizsiz malların reallaşdırılması ilə məşğul olan cinayətkar qruplar geniş şəbəkə yaradaraq, ticarət şəbəkələrini belə məhsullarla təchiz etmək üçün məhsulların müxtəlif çatdırılma üsullarını yaradır, bu məhsulların satışı üçün köşklərdən istifadə edir, bir çox hallarda belə məhsulları ticarət şəbəkəsinin özündə deyil, yaxınlıqda saxlanılan nəqliyyat vasitələrində və gizli saxlanc nöqtələrində gizlədirlər.

İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində ticarət şəbəkələrini saxta məhsullarla təchiz edən əsas saxlanc anbarlarından birinin yeri müəyyən edilib. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən B.Hüseynova məxsus fərdi yaşayış evində 40.672 qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb.
Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, eləcə də Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib. Müşahidələr əsasında yeri müəyyən edilmiş 29 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Həmin obyektlərdən 18.500-dən yuxarı aksiz markası olmayan tütün məmulatları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1.1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə), 213-1.2.1 (eyni əməllər külli miqdarda törədildikdə), 213-1.2.3 (eyni əməllər qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.4 (Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun ortağı Y.Əhmədov, ticarət köşkləri səbəkəsinin sahibləri olan H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Aksiz markasız və saxta aksizli malların satışını həyata keçirən cinayətkar şəbəkənin ifşa olunması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1507   Tarix: 11 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart