Fazil Mustafa Ramazan ayının başlaması ilə bağlı yaranmış ikitirəlikdən danışıb

Fazil Mustafa Ramazan ayının başlaması ilə bağlı yaranmış ikitirəlikdən danışıbQafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Lakin bu il də Ramazan ayının başlanması ilə bağlı ikitirəlik yaranıb. Türkiyə, o cümlədən əksər ərəb ölkələrində Ramazan ayı bu gündən – 16 maydan başlayır. Azərbaycan isə İranla paralel hərəkət edir. Nəticədə Azərbaycandakı inanclı insanların bir qismi bu gündən oruc tutmağa başlayıb, digər qismi isə sabahdan bu prosesə start verəcək.

"Azərbaycandakı İslamın gerçək dinlə ciddi əlaqəsi yoxdur"

Sonxeber.az-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, inanclı deputat Fazil Mustafa Modern.az saytına danışarkən deyib ki, insan hürdür, istədiyi seçimi edə, öz idarəsi çərçivəsində qərar qəbul edə bilər. Fazil Mustafanın özü də Qafqaz Müsəlmanları İdarəsinin təqviminin əleyhinə olaraq, orucu bu gündən tutmağa başlayıb:

"Kim istəyir bu gün oruc tutsun, kim istəyir sabah. Hesab edirəm ki, Azərbaycanda irançı zehniyyətə sahib olmayan insanların böyük əksəriyyəti bu gün oruc tutur. Biz daha çox türk istiqamətində düşünən insanlar olduğumuza , o cümlədən qidalanma ilə əlaqəli Türkiyə proqramlarını izlədiyimizə görə, bu məsələdə onlarla paralel hərəkət edirik. Bildiyiniz kimi, Azərbaycanda dini maarifçilik istiqamətində heç bir ciddi iş aparılmır. Televiziyalarımız daha çox dini cəhalətin, nadanlığın, xurafatın yayılması, başı ziyarətgahlara sürtməyin, gedib orada qurban kəsməyin, imamzadələrin təbliği və.s istiqamətində fəaliyyət göstərirlər. Bütün bunlar İslam dini ilə uzlaşmayan məsələlərdir. Bu, Azərbaycana aid bir İslamdır və gerçək dinlə ciddi əlaqəsi yoxdur".

"Azərbaycan əslində təqlidçi mövqedədir"

F.Mustafa qeyd edib ki, insana daha ciddi elmi və düşüncə imkanları verən verilişləri, kitabları əsasən Türkiyə mənbələrindən oxuyub araşdırır:

"Bu baxımdan referans kimi həmin ölkəni götürürük. Amma dediyim kimi, bu, insanların sərbəst hüququdur. Kim istəyir QMİ-nin xəttini izləyib, onun anlayışı ilə yanaşsın, kim də istəyər başqa ölkələrdə olan dini anlayışda məsələyə baxsın. Burda heç bir qəbahət yoxdur. Çünki Azərbaycanın bu məsələdə özünəməxsus yanaşması yoxdur. Bu istiqamətdə Azərbaycan əslində təqlidçi mövqedədir. Bu o deməkdir ki, İranda nəyi etdilərsə, məsələn, İranda hansısa dini nüfuz sahibi nə etdisə, bizdə də onu təkrar etmək məcburiyyəti var. Lakin azad din anlayışına sahib olan insanlar üçün bunların heç biri keçərli deyil".

"Onlar çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər"

Deputat Şamaxı Astrofizika Rəsədxanasının bu istiqamətdə olan rəyindən də söz açıb:

"Ayın görünüb- görünməməsi ilə əlaqəli Rəsədxana başqa cür rəy verə bilməz. Çünki sonradan onlar bununla bağlı problem yaşaya bilərlər. Yəni ən azı işdən çıxma qorxusu ilə çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər. Türkiyədə əksər insanlar bu məsələdə aktiv rol alırlar, yüz dəfə ölçüb-biçir, hansı variantın daha doğru olduğunu seçirlər. Şəxsən mən o variantı izləyirəm. Amma sabah oruc tutacaq, yaxud heç tutmayacaq insanların hamısının normal ay keçirməsini təmənna edirəm. Çünki heç kim başqalarının işinə qarışa ya da, ittiham edə bilməz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 830   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel