Neftin qiyməti bahalaşsa dollar ucuzlaşacaqmı? - AÇIQLAMA

Neftin qiyməti bahalaşsa dollar ucuzlaşacaqmı? - AÇIQLAMASon dövrlərdə neftin 100 dollar olacağı ilə bağlı ekspertlər tərəfindən müxtəlif praqnozlar verilir. Bu cür praqnozların verilmə səbəbi də neftin qiymətinin hər gün bahalaşması ilə bağlıdır.

Neftin qiyməti bahalaşsa dollar ucuzlaşacaqmı? - AÇIQLAMABununla bağlı BiG.AZ-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, mayın 15-də neft qiymətləri İsrail-Fələstin qarşıdurması fonunda siyasi gərginliyin Yaxın Şərqdə kifayət qədər gərginləşməsi fonunda özünün 2014-cü ilin noyabr ayından indiyə qədər olan müddətdə olan dövrdəki rekordunu yenilədi və London birjasında neft partiyalarının maksimum qiyməti $79,45-dək yüksəldi: "Neftin 100 dollara qədər yükləşi barədə bir-sıra proqnozlar səsləndirilirdi. Ancaq bu o zaman mümkün idi ki, ümumiyyətlə bazara edilən təklif azalsın. Azalma isə o zaman baş verir ki, bazarı təmin edən ölkələrin dayanıqlığında ya əngəllik olur, məsələn siyasi sabitlik pozulur, ya da sanksiyalarla bu limitlənir. Biz hazırda onu müşahidə edirik ki, siyasi gərginlik qısamüddətli fazalarla davam edir, yəni bu neftin qiymətini artıra bilir, onu qızdırır, ancaq yüksək həddə qədər gətirib çıxaracaq gücdə deyil. Məsələn, beynəlxalq enerji agentliklərinin ekspertləri hesab edirlər ki, hazırda neftin bazar qiyməti 62-65 dollar arasında dəyişir, ondan yuxarı hissə isə geosiyasi risklərin təsiri nəticəsində neftin dəyərinə əlavə edilmiş sığorta qiymətləridir. Çox vaxt isə bu sığortalanma spekulyativ alətə çevrilir və reallıqdan uzaqlaşır, bunu da qeyd etmək lazımdır. Amma bir müddət sonra köpük kimi partlamağa məcburdur. Bu baxımdan artıq bu gün neftin qiyməti 1 barel üçün $78,20-78.15 arasında dəyişir. Yəni gərginlik azaldıqca, qiymətlər də azalmağa meyllənir. Xatırlatmaq istərdim ki, aprel ayının 10-dan dünya birjalarında Brent markalı neftin qiyməti 70 dollardan baha satılır. Belə bir ab-havada Azərbaycan manatının dollara kursu necə dəyişə bilər? Yəni vətəndaşlar bundan sonra da dolların ucuzlaşmasına ümid bəsləyə bilərlərmi? Xatırladım ki, 7 aprel 2017-ci il tarixdən Azərbaycan vətəndaşları üçün beynlərinə dolların manata olan kursu 1.7 kimi həkk olunub, çünki məhz o gündən Mərkəzi Bank 1 ABŞ dollarının məzənnəsini 1.7031 təsdiqləmişdi və bundan sonra mütəmadi olaraq manat möhkəmlənib və 7 mart 2018 tarixindən 1.70 kursu bu günə kimi stabildir. 11 ayda müddətdə neft qiymətləri təqribən 50% artsa da manatın möhkəmlənməsi cəmi 1,8% olub. Son 70 gündə isə neftin xeyli bahalaşması və Azərbaycanda neft hasilatının ilin əvvəlindən 1,4% artması fonunda manatın kursunun dəyişməzliyi onu göstərir ki, hökumət bundan sonra neft gəlirlərinin artdığı şəraitdə manatın möhkəmlənməməsi kursuna sadiq qalacaq. Yəni dolların 1.7-dən aşağı salınması əslində yerli istehsalçıların maraqlarına ziddir və onların istehsal etdikləri məhsulların xarici bazarlarda qiymət baxımından rəqabət qabiliyyətinin qorunmasına xidmət etmir. Əslində manatın yumşaq qaydada infyasiyası daha faydalıdır, nəinki uzun müddət eyni kursda saxlanılması. Necə ki, bunun fəsadlarını biz neftin 100-dan yuxarı qiymətində əyani müşahidə etmişdik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1154   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral