Zirəddin: Alpinistlər bu cür həlak olub - FOTO

Ekstrasens Zirəddin Rzayev ötən ilin dekabrında itkin düşmüş alpinistlərlə bağlı verdiyi proqnozların doğru çıxdığını deyib.

Ekstrasens bu barədə şəxsi İnstaqram səhifəsində yazıb. O, əvvəlcə yanvarın 16-da alpinistlərlə bağlı verdiyi proqnozu xatırladıb:

"İnstaqramda mənə tez-tez itən alpinistlər barədə suallar verirlər. Çox təəssüf edirəm, amma onlar sağ deyillər. Mən onlardan birini digərlərindən ayrı görürəm. Fikrimcə, 20 fevrala kimi alpinistlər tapılacaq. Təəccüblüdür ki, onlardan biri digər ikisindən sonra ölüb. Qoy onların yaxınları mənim sözlərimi ürəklərinə salmasınlar. Yaxşı olacağına inanaq. Ümid edirəm ki, proqnozum səhv çıxacaq, mən yanılmış olacam".

Ekstrasens bugünkü paylaşımında isə yanvarın 16-da verdiyi proqnozla nəticəni müqayisə edib və fevralla mayı səhv saldığını bu cür aydınlaşdırıb:

"Çox təəssüf ki, alpinistləri ölü tapdılar. Məhz mənim dediyim şəkildə, əvvəl birini, daha sonra ikisini. Bir də ki, mən 2 rəqəmini görmüşdüm. Ona görə də dedim ki, alpinistlər 20.02 tarixinə kimi tapılacaqlar. Ay təqviminə görə ikinci aylı gündə - 16 mayda onlar tapıldılar".

Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Daha sonra isə digər meyitlər tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən alpinistlərin meyitləri ailələrinə təhvil verilib./kult.az
Zirəddin: Alpinistlər bu cür həlak olub - FOTOZirəddin: Alpinistlər bu cür həlak olub - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3083   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyranbatan su kanalında bir nəfər batıb

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona

20 aprel
.

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə

21 aprel
.

Bakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Neapol dairəsindən avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Abbasova F.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayin

21 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel
.

Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili

21 aprel
.

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)

21 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Bakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə

20 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel