Politoloq: Tramp Özbəkistana göz qırpır

Politoloq: Tramp Özbəkistana göz qırpırABŞ prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir.

Sonxeber.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, Tramp bu ilin yanvar ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, may ayında isə Özbəkistan prezidenti Şövkət Mirziyeyevi Ağ Evə dəvət etdi: "Trampla Nazarbayevin görüşünün yekunu olaraq ABŞ Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb. Digər tərəfdən ABŞ Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir".

Politoloq bildirib ki, Ağ Ev Qazaxıstanın ardınca Özbəkistanla da strateji tərəfdaşlıq qurmağa çalışır: "Həm Astana, həm də Daşkənd Amerika ilə bu əməkdaşlığa hazırdılar. Çünki həm Astana, həm də Daşkənd qonşuları Çin və Rusiyadan asılı olmaq istəmirlər, xarici və təhlükəsizlik siyasətində başqa qütblərlə əməkdaşlığa da üstünlük verməyə həvəslidirlər. Bu hər iki dövlətin təbii haqqıdır. Çünki, bu vaxta qədər heç bir dövlət Rusiya ilə strateji müttəfiqlikdən qazanmayıb. Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır. Bunu Astana və Daşkənd də anladıqlarından Vaşinqtonla sıx təmaslara hazırdılar. Bundan sonra Pentaqon Qazaxıstanla yanaşı Özbəkistan ərazisindən də öz məqsədləri üçün istifadə edəcək".

E. Şahinoğlu qeyd edib ki, ABŞ-ın Qazaxıstan və Özbəkistanla sıx əlaqələri Azərbaycanın da xeyrinədir: "Çünki, biz də xarici və təhlükəsizlik siyasətində yalnız bir dövlətə üstünlük vermək istəmirik. Rusiya öz perimetri boyu Qərbin tərəfdaşlarını sıxışdırmağa çalışır. Ancaq bölgədə Amerika ilə tərəfdaşlıq edən dövlətlərin sayı artdıqca Rusiyanın bütün perimetr boyunca qonşularının hamısına təzyiq etmək imkanları azalacaq, resursları yetməyəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 966   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında söyləyib. "Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq", - deyə dövlət başçısı vurğulayıb

7 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verilib

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərəfinə rəsmi nahar verilib. Bu barədə AZƏRTAC məlumat yayıb

8 may
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may