​"Pulu qayıtmayanlara" xoş xəbər - VİDEO

​"Pulu qayıtmayanlara" xoş xəbər - VİDEOARB TV-nin "Günə doğru" verilişi ödəmə terminallarından qalığını götürə bilməyənlər üçün reportaj hazırladı.

Ölkədə ödəniş terminallarının strukturuna dəyişiklik edilir. Bundan sonra ödəniş terminallarındakı əməliyyatlar zamanı qalan qalıq pul müştəriyə veriləcək. Ancaq qalıq pulların qaytarılması nəğd şəkildə deyil kod formasında olacaq. İlkin mərhələdə qalıq pulun qaytarılması prosesi ancaq sığorta ödənişlərinin ödənilməsi zamanı baş verəcək.

Sakin: "Elə olub ki, ödənişim olub 12 matat 50 qəpik, ödəmişəm 13 manat. Qalıq qayıtmayıb. Qaytarılsa, yaxşıdı".

Sakin: "18 manat ödəməliyəm, cibimdə 20 manat var. Bir də getməliyəm bir şey almalıyam ki, xırdalasınlar".

Sakin: "Onsuz da, ödəyirik artıqlaması ilə. Gələn ay da ödəyəndə çıxılır".

Şahin Səmədli - Marketinq meneceri: "Deyək ki, hansısa bir müşdəri daxil olacaq ödəmə üçün provayderə. Misal üçün, 73 manat 50 qəpik borcu olacaq, amma həmin müştəri 75 manat daxil edir. Bu halda ona 1 manat 50 qəpik məbləğində kod veriləcək qəbzin üzərində".

Bundan sonra təqdim edilən 14 rəqəmli kodla vətəndaş yalnız kommunal və mobil operatorların xidmətlərindən istifadə edə bilər. Prosesə isə bir neçə aydan sonra başlanacaq. İqtisadçı Rəşad Həsənov hesab edir ki, ödəniş terminallarını quraşdıran şirkətlər avadanlıqlarını qabaqcadan bu sistemə keçirməlidir. İndiki halda qalıq pulların qaytarılması prosesini yalnız sığorta ödənişlərində tətbiq etmək heç də birmənalı qarşılanmır.

Rəşad Həsənov - İqtisadçı: "Nəzərə alsaq ki, ölkədə terminallar üzrə ödəniş 2 milyarda yaxındır və burada kiçik bir rəqəmlə qalığın qaytarılmaması müşahidə olunarsa, o zaman yayınma 20 milyon manat həcmindədir".

Xatırladaq ki, ölkə üzrə emanat terminallarının sayı 2100 ədəddən çoxdur. Ay ərzində bu terminallarda 6 milyon əməliyyat baş tutur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1944   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel