Xəzərdə içində meyitlər olan qayıq tapıldı - YENİLƏNİB

Xəzərdə içində meyitlər olan qayıq tapıldı - YENİLƏNİBFövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

Sonxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində iki nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.

Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

***
Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.

***
Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

Rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

Qayıqda iki nəfərrin meyitinin olduğu ehtimal olunur.

APA

Hadisə   Baxılıb: 5555   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR