ATV-də serial dayandırıldı, ANS isə 25 min manat cərimələndi

ATV-də serial dayandırıldı, ANS isə 25 min manat cərimələndiMilli Televiziya və Radio Şurasının iclası keçirilib.

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Sonxeber.az-ın MTRŞ-ya istinadən məlumatına görə, iclasda ATV və ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb.

İclasda Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun 32-ci maddəsinin və "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı "ATV" telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31- 12.31 arasında yayımlanan "SOY" Prodakşn tərəfindən hazırlanan "Qayınanamız" teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq "Qayınanamız" serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda "Televiziya və radio yayımı haqqında" qanunun 35.5-ci maddəsinin, "Reklam haqqında" qanunun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə ANS Müstəqil Yayım və Media Şirkətinin ANS televiziyasının efirində 25.09.2015-ci il tarixdə saat 23.32-də başlayan "Hobbit: Smauq xarabalığı" bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 04.10.2015-ci il tarixdə saat 05.46-da başlayan "Saflaşma gecəsi" bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 09.10.2015-ci il tarixdə saat 22.54-də başlayan "Dünya müharibəsi" bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 02.10.2015-ci il tarixdə saat 23.00-da başlayan "Ulduzlar arası" bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 10.10.2015-ci il tarixdə saat 14.17-də başlayan "Üç qardaş" bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, ümumilikdə 25 000 (iyirmi beş min) AZN məbləğində cərimə edilməsi barədə qərar qəbul edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1728   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı

Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış "Froylyayn Lizerin portreti" adlı rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən "im Kinsky" hərrac evi yayıb. Bildirilir ki, Klimtin 1917-c

25 aprel
.

Əri onu özündən xəbərsiz boşadı - Unudulan müğənni tanınmaz halda

"Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı, bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə ürəklərə yol tapmış müğənni Sahibə Əhmədova indi haralardadır?. "Unudulan məşhurlar" rubrikasında Əməkdar artist Sahibə Əhmədovanın ömür yoluna nəzər salır. Çinar boyu, kiş

1 fevral
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub

28 mart