Uşaqlar vegetarian həyat tərzindən uzaq tutulmalıdır

Uşaqlar vegetarian həyat tərzindən uzaq tutulmalıdırLatın dilində sağlam həyat mənası verən vegetarian sözü heyvan mənşəli məhsullardan imtina edilməsini nəzərdə tutur. Həmin məhsullar sırasına ət, süd, yumurta və digər heyvan mənşəli qidalar daxildir.

Sonxeber.az azərtac-a istinadla xəbər verir ki, dünya təcrübəsində bir sıra məşhurların vegetarian həyat tərzi keçirdiyi məlumdur. Məşhur rəssam Leonardo da Vinçi, görkəmli dövlət xadimi Benjamin Franklin, Albert Eynşteyn, yazıçılardan Frans Kafka, Lev Tolstoy məhz bu cür yaşayırdılar.

Vegetarianlar qidalanma zamanı daha çox göyərti və meyvəyə üstünlük verirlər. Vegetarianlıq bir sıra ölkələrdə həyat tərzinə çevrilib. Bu, onların təkcə qidalanmasında deyil, geyimlərində də özünü göstərir. Onlar heyvan mənşəli–xəz, dəri və yun materialdan olan paltarlardan da imtina edirlər.

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov vegetarianlığı qeyri-ənənəvi qidalanma forması adlandırır. Lakin həkim uşaqların heyvan mənşəli qida məhsullarından imtina etməsini yolverilməz hesab edir: "Ət, süd, yumurta, toyuq, balıq və digər heyvan mənşəli qidalar orqanizm üçün lazım olan turşular mənbəyidir. Bundan əlavə bu qidalarda olan bəzi maddələri bitki mənşəli məhsullardan almaq mümkün deyil. E, D vitamininin böyük bir hissəsi məhz heyvan mənşəli məhsullardan alınır. Ona görə də uşaqlar vegetarian qida rejimindən uzaq tutulmalıdır".

Elə vegetarianlar var ki, nəinki həmin məhsullardan, hətta baldan da imtina edirlər. Onlar vegan adlanır. Vegan sözü ingilis mənşəli "vegetarian" kəliməsinin ilk üç və iki son hərfinin birləşməsindən yaranıb.

Vegetarianları qida tərzlərini dəyişməyə məcbur etmək düzgün deyil. Lakin həkimlər belə həyat tərzi keçirənlərə sağlamlıqlarına xüsusi diqqət yetirmələrini və orqanizmlərində hansısa dəyişiklik baş verdikdə həkimə müraciət etmələrini məsləhət görürlər. Bundan əlavə vegetarianlara ətdə olan vitaminləri qoz, fındıq, badam və digər çərəzlərdən əldə etmək tövsiyə olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1363   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021