Milyarder qızıyla nişanlanan Anar sirlərini açdı: "Kaş atam mənə elə bir sillə çəkəydi ki…"

Milyarder qızıyla nişanlanan Anar sirlərini açdı: "Kaş atam mənə elə bir sillə çəkəydi ki…""Kaş atam mənə elə bir sillə çəkəydi ki…"
Sonxeber.az xəbər verir ki, "yenicag.az"ın "Ul(duzlu)" söhbət" layihəsinin qonağı, tanınmış reper Anar Nağılbazdır.

– Söhbətə başlamamışdan qabaq mistikaya inandığını dedin, həyatında nəsə baş verəndən sonra belə qənaətə gəldin, yoxsa?

– İnanmasam da bütün yollar gəlib mistikadan keçir. Xüsusən də rəqəmlərin mistikasına çox inanıram. Özüm 28 martda dünyaya gəlmişəm. Ölkəmizin yaranma tarixi 28 maydadır. Anam yanvarın 28-də, böyük qardaşım 28 iyulda doğulub.

– Toy günün də, deyəsən, ayın 28-ə təsadüf edib.

– Bu barədə danışmayaq. "028" ən uğurlu avtomobil nömrəm olub, bu maşınla bütün işlərim yağ kimi gedib.

– Rəqəmlərin mistikası daha çox bədbəxtlik gətirib, ya uğur?

– Sırf 28 olaraq uğur gətirib, amma 2+8=10 uğursuzluq gətirib. Desəm inanmazsınız, Sovet pasportumun nömrəsi 701999 idi, tərsinə çevirəndə alınırdı 666.

– Bunu özlüyündə necə qəbul etdin: şeytanın səni yoldan azdırması kimi, yoxsa?

– Bəlkə də ola bilər. Çexiyada olanda psixoloq tapşırdı ki, bir heykəlcik düzəldim. Özümdən asılı olmayaraq, şeytan obrazı yaratdım. Başıma gələn uğursuz günlərin başlanğıcında o heykəl çatladı.

– Niyə məhz şeytan obrazı? Şeytanla nə əlaqən?

– Mən Allaha bağlı insanam. Bəzən özümüz də bilmədən taleyimizi yönləndiririk. Bu mövzuda dərinə getmək istəmirəm.

– Şeytan səni yolundan azdıra bildimi?

– Gəlin yaxşı şeylərə köklənək. Bir də ki, səhvsiz insan yoxdur. Heç kəs deyə bilməz ki, şkafında skletlər yoxdur.

– Həyatının ən böyük səhvini nədə görürsən?

– Səhv günaha aparan yoldur. İnsanlar çalışmalıdır ki, səhvlər günaha çevrilməsin. Mən nəslimlə-nəcabətimlə fəxr edən insanam. Ürəyimin saflığına görə, başıma bir çox hadisələr gəldi.

– Elə bir səhvin olubmu ki, ona görə ürəyində özünü danlamısan?

– Bəzən haqqımda danışırlar ki, narkotika aludəçisi olmuşam. Yəqin siz də bunu nəzərdə tutursunuz. 1993-cü ildə "Narkodünya" mahnısını tanıtdım. Ayın 20 gününü zalları dolduran adam olmuşam. Bir narkotika aludəçisini, yəqin ki, ora buraxmazdılar. Piramidaların niyə yarandığını bilən yoxdur. Bu barədə çox vaxt susmaq lazımdır. Amma etiraf edirəm ki, həyatımda günah iş görməmişəm.

– Sənin anlamında günah nədir ki?

– Xəyanət, cinayət, ölkəsinə, ailəsinə təhqirdir günah, valideynlərini satmaqdır.

– Valideynlərin repi seçəndə, sənə xeyir-dua veriblər?

– Atam məni jurnalist kimi görmək istəyib. Nəslimizdə incəsənət adamı olmayıb.

– Heç nə vaxtsa sənə əl qaldırıb?

– Vaxtilə olub. Ancaq yaxşı məqamlar da olub, mənimlə fəxr etdiyi məqamlar… Deyib ki, bu repi yaxşı yazmısan, buna görə mənə yaxşı sözlər dedilər.

– İndi münasibət necədir?

– Normal.

– Hansı hərəkətinlə atanın hörmət-izzətinə xələl gətirmisən?

– Məlum hadisələrə görə.

– Məzəmmət etdimi?

– Məni tanıyan dostlar və əzizlərim qarşısında üzr istəyirəm. Amma hər şey düşündükləri kimi deyil. Sadəcə, bu barədə susmaq istəyirəm.

– Bu məsələdən sonra intihar etmək istəmisən deyirlər…

– Bəzi sürükləyici məqamlar olur. Beldən vurulan bıçaq zərbələri bəzən intihara gətirib çıxarır. Çalışıram iradəli olum. Düşmənləri sevindirmək olmaz. Hamıda bu hiss var. Elə özünüz, heç olmayıb ki, "yorulmuşam" deyəsiniz?

– Hər gün deyirəm… İntiharın hansı növü rahat ölüm sayılır?

– Bax bu yaxşı sualdır, xoşuma gəldi. Kaş atam 1991-ci ildə, yeniyetmə dövrümdə mənə elə bir sillə çəkəydi ki, repi seçməyəydim.

– Sualı cavabsız qoydun?

– Kəndir, şah damar. Başa düşdüz də. Ancaq bu gün intihar etmərəm. Ona görə yox ki, qorxuram. Sadəcə olaraq bu gün xoşbəxtəm, yanımda sevdiyim qadın var. O demək deyil ki uşaqlarımı atmışam, xeyr. Lazım gəlsə, mübarizəyə də hazıram. Sadəcə mən müharibə adamı deyiləm.

– Sənin anlamında sevgi nədir?

– Sevgi heç bir çətinliyə baxmadan onunla bərabər bu həyatı yürüməkdir. Kişi bir qızı sevəndə o xanımda anasının bir parçasını axtarır. Həmçinin qız da sevdiyi oğlanda atasının xüsusiyyətlərini görmək istəyir. Zindanda 15 il yatır, qadın namusla oturub gözləyir, övladlarını böyüdür. Qadın da var əksinə.

– Həyatında neçə "dəli" sevgi yaşamısan?

– 2000-ci ildə milyarder qızı ilə nişanlı oldum. İndiyə təyyarəm, yaxtam, Kremldə evim var idi. Əla bir kişinin qızı idi. Bir il nişanlı oldum. Nişanım toylar kimi keçib. Abşeron mehmanxanasını bağlatdırmışdıq.

– Niyə alınmadı?

– Piramidalar susur (gülür).

– Daha nə oldu? Nə soruşuram, susmaqla cavab verirsən…

– Müəyyən məqamlarda mübarizlik göstərmək lazımdır. Biz müharibə adamı deyilik.

– Qız qaytardı nişanı, yoxsa sən?

– Hadisələr elə gətirdi ki, anlaşıb ayrıldıq. Kişilər 40 yaşdan sonra əsl sevgini tapır. Mən indi sevdiyim xanımla xoşbəxtəm. Əsas olan budur. Keçmiş keçmişdə qaldı.

– Heç Allahla ünsiyyət qurursan? Yaxud da günahlarına görə bağışlanmağını istəyirsən?

– "Qulp" verilişində jurnalist Mübariz milyoner Cənnət Əliyevə sual verdi ki, bütün dinlərdən keçib gəldin, axırda yenə müsəlman oldun? Cənnət dedi ki, xeyr. Mən o insanam ki, insan dinlərdə yox, dinlər insan qəlbində qərar tutur. Molla var arağın küpünə girir, dindən danışır. Adam da var, araq içir, amma Allaha səcdə edir. Hər şey qəlbdən başlanır. Viktor Hüqonun sözüdür ki, Tanrı insanın vicdanıdır. Yaradıcılığımdan danışmaq istəyirəm, olar?

– Əlbəttə olar…

– Yeni bir film çəkirik. Dostların dəstəyi ilə ərsəyə gələcək. İntihar barəsində bir ekran işidir. Öz ssenarim əsasında çəkilir, filmin rəssamı da dostum Nazimdir. Elə o da ssenaridə mənə kömək edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3448   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021