Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?

Yol polisi texniki baxış talonlarının satılmasından xəbərsizdir?"Yol hərəkəti haqqında" Qanuna müvafiq olaraq nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçməlidir. Müşahidələr bu sahədə xeyli qanunsuzluğun olduğunu göstərir.

Məsələn, bəzi yanacaqdoldurma məntəqələrində və digər yerlərdə sürücülərə texniki baxış məntəqəsinə getmədən texniki baxış nişanları təklif olunur. Bəziləri zamanının olmadığını, texniki müayinə mərkəzlərində avtomobildə bir çox problemin üzə çıxacağını əsas gətirərək, həmin "maklerlər"in müəyyən məbləğ qarşılığındakı təklifinə "hə" deyir. Maraqlıdır ki, yol polisi bu məsələdən xəbərdar olmadığını deyir...

Sonxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev deyib ki, onlara texniki baxış talonunun qeyri yerlərdə satılması, hədiyyə olunması kimi hər hansı bir müraciət daxil olmayıb.

"Biz dəfələrlə qeyd etmişik ki, avtomobillərin texniki baxışı yalnız texniki müayinə mərkəzlərində keçirilir. Yəni orada istisna hallar olmur ki, başqa yerlərdə texniki baxışdan keçsin. Bizim "qaynar xətt"imizə, poçtumuza rəsmi olaraq şikayət ünvanlansa, biz həmin faktı araşdıracağıq. Avtomobillərin texniki baxışdan keçməsi üçün 20 manat dövlət rüsumu tələb edilir".

Rüfət Quliyevin sözlərinə görə, qeyri texniki baxış yerlərində verilən texniki baxış talonları saxta ola bilər.

"Biz hər zaman tövsiyə edirik ki, texniki baxışı yalnız müayinə mərkəzlərində keçirilsin. Yanacaqdoldurma mərkəzlərində, küçədə kimlərdənsə texniki baxış talonu almaq qanunsuzluqdur".

Şöbə rəisinin sözlərinə görə, texniki baxışdan keçməyən avtomobillərlə bağlı reydlər keçirilə bilər.

"Keçirilən reydlərdə texniki baxışı vaxtında keçməyən və saxta texniki baxışı olan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 981   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel