2,5 milyon insan Ərdoğana qarşı toplaşdı

2,5 milyon insan Ərdoğana qarşı toplaşdıTürkiyədə prezidentliyə müxalifətdən olan namizəd, Cumhuriyyət Xalq Partiyasının (CHP) üzvü Muharrəm İncəni dəstəkləmək üçün İzmirdəki mitinqə toplaşan insanların sayı 2,5 milyon nəfər olub.

Sonxeber.az "AzVision.az"a istinadla xəbər verir ki, bu barədə Türkiyəli jurnalist Abbas Cümə "Tvitter" hesabında məlumat verib.
"Məlumatlara əsasən, mitinqə 2,5 milyon insan gəlib. Hətta əgər bu rəqəmin yarısı belə çıxıbsa, bu artıq inanılmazdır! 24 iyunda Ərdoğanı çətin mübarizə gözləyir." – deyə Abbas Cümə yazıb.

Qeyd edək ki, bir neçə saat əvvəl CHP-nin sədri Kamal Kılıçdaroğlu "Amerikanın Səsi"nə açıqlamasında bildirmişdi ki, Türkiyədə seçkilərə heç də azad və şəffaf hazırlıq getmir.

"Bizdəki seçkilər bərabər şərtlər altında keçirilmir, hətta bəzi liderlər, Dəmirtaş həbsdə saxlanılır. Bəzilərinə böyük təzyiqlər edilir, Türkiyə mediasının hazırda 90 faizi iqtidarın nəzarətindədir. Biz belə şəraitdə seçkilərə gedirik. 25 iyunda Türkiyə gözəl bir səhərə oyanacaq, demokratiya arzusunda olan cəmiyyət yenidən özünə gələcək və demokratik yollarla bir diktatoru yola salacağıq" – deyə Kılıçdaroğlu bildirib.

O, ümid edib ki, Türkiyə vətəndaşları partiyasından olan namizəd Muharrəm İncəni prezident seçəcəklər.

Xatırladaq ki, 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində namizədlər aşağıdakılardır:

1. Hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının ortaq namizədi Rəcəb Tayyip Ərdoğan
2. Cumhuriyyət Xalq Partiyasının namizədi, Yalovadan olan millət vəkili Muharrəm İncə
3. Xalqların Demokratik Partiyasının namizədi, İstanbuldan olan millət vəkili, həbsə alınan Səlahəddin Dəmirtaş
4. İYİ partiyadan namizəd, partiyanın rəhbəri Meral Akşənər
5. Səadət Partiyasından namizəd, partiyanın rəhbəri Temel Karamollaoğlu
6. Vətən partiyasının namizədi, partiya rəhbəri Doğu Pərinçək


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2060   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel