"Əyalətdən gəlib necə geyinməyi bilmirlər" - Tanınmış aktrisadan SƏRT SÖZLƏR

"Əyalətdən gəlib necə geyinməyi bilmirlər" - Tanınmış aktrisadan SƏRT SÖZLƏRDövlət Musiqili Teatrının aktrisası Telli Hüseynovayla əməkdar artist Səlim Abbasov arasında canlı yayımda mübahisə yaranıb.

"Onda başladıq" verilişində S.Abbasov son günlərin müzakirə mövzusu olan "şortik qalmaqalı"ndan danışıb:

"Həmin geyimə baxdım, qəbahətli bir şey görmədim. İstidir, hamı şortik geyinir".
T.Hüseynova S.Abbasovun fikirlərinə belə etiraz edib:

"Əyalətdən gəlib nəyi necə geyinməyi bilmirlər. Mənim valideynlərim də Masallıdan gəliblər. Mənim hər dəqiqə taksiyə minməyə pulum çatmır, məcburən metroya minirəm. Gözümü qaldırıb baxa bilmirəm. Axı niyə kiminsə tüklü ayaqlarına baxmalıyam? Ay qardaş, sənin yiyən, anan-bacın yoxdur? Kişilər elə geyinəndə, qızlar da baxıb daha qısa geyinirlər də".

ölkə.az

Mədəniyyət   Baxılıb: 1044   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR