"Azərbaycan bu silahları parad üçün almır..."

"Azərbaycan bu silahları parad üçün almır..."Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda iyunun 26-da keçirilmiş hərbi parad Ermənistanın ekspert çevrələrində ciddi təşviş yaradıb. Sonxeber.az "Virtualaz.org"a istinadla xəbər verir ki, erməni ekspertlər üçün xüsusən SOM-1 qanadlı raketi xoşagəlməz sürpriz olub.

"Ermənistanın hərbi sənaye kompleksi" bloqunun aparıcısı Samvel Aqbabyan deyir ki, Azərbaycan milyardlarla dolları müasir silahlara və hərbi texnikaya parad üçün xərcləmir. Bu silahlar Qarabağ probleminin hərbi yolla həll edilməsi üçün alınır.

Aqbabyana görə Azərbaycanın operativ-taktiki və tank əleyhin raket kompleksləri, raket-artilleriya silahları və zərbə dronları Ermənistan və Dağlıq Qarabağ üçün xüsusi təhlükəsizlik təhdidi yaradır.

"Bu silahlar yüksək texnologiyalara əsaslandığına və uzaq məsafədən hədəfləri vurduğuna görə Azərbaycan silahlı qüvvələrinə imkan verəcək ki, birbaşa atəş təmasına girmədən effektiv hərbi əməliyyatlar aparsın"-Aqbabyan "Kavkazskiy uzel" portalına açıqlamasında deyib.

Erməni ekspert xüsusən diqqəti Bakıdakı paradda ilk dəfə nümayiş etdirilmiş SOM-B1 aviasiya operativ-taktiki raketinə cəlb edib. "Hələlik bu raketin Azərbaycan HHQ-nin hansı aviasiya platformasından tətbiq ediləcəyi aydın deyil. MiQ-29 və Su-25 qrıcıları, döyüş təyyarələri mənə məlum olduğu qədər SOM-B1 raketləri üçün uyğunlaşdırılmayıb. Amma belə hesab etməyə əsas var ki, Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə SOM-B1 qanadlı raketlərini daşımaq üçün modernləşdirilib"-erməni ekspert deyib.

Samvel Aqbabyana görə Qarabağda erməni qüvvələri optik videomüşahidə sistemləri ilə təmin olunduğu üçün 2016-cı ilin aprelində olduğu kimi qəfil hərbi əməliyyatlar ehtimalı azdır. Ona görə də demək olar ki, irimiqyaslı müharibə yetişir və bu müharibə kütləvi raket-artilleriya, aviasiya zərbələri ilə müşaiyət olunacaq.

Digər hərbi analitik Leonid Nersisyan isə deyib ki, Bakıda SOM-1B raketinin nümayiş etdirilməsi Ermənistan üçün "xoşagəlməz xəbər" oldu. Çünki bütün qalan silahlar paraddan əvvəl nümayiş etdirilmişdi.

"250 kilometr mənzilli qanadlı raket, üstəlik olduqca aşağı hündürlükdən uçan raket Ermənistan üçün xoşagəlməz xəbər oldu. HHM sistemi bu cür hədəflərlə mübarizə apara bilər, amma bu sadə məsələ deyil. Bunun üçün radiolokasiya stansiyalarının geniş şəbəkəsi və zenit-raket komplekslərinin heyətlərinin yüksək peşəkarlığı gərəkdir. Ancaq belə raketlərdən ancaq ən prioritet hədəfləri qoruyacaqlar"-ekspert deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1102   Tarix: 28 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021