Erməni polkovnik: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir"

Erməni polkovnik: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir""Azərbaycan prezidenti İlham Əliyevin hərbi paradda son bəyanatı ciddi çağırışdır. Ermənistan isə susqunluğunu saxlamaqdadır. Azərbaycan Ordusunun son hərbi paradında müxtəlif ölkələrin nümayəndləri iştirak edirdilər və İlham Əliyev düz onların qarşısında bu cür bəyanatla çıxış etdi".
AzVision.az xəbər verir ki, bunu erməni polkovnik, "Tiqran Mets" xüsusi hərbi təlim və tədris mərkəzinin direktoru Koryun Qumaşyan "168.am"-a açıqlamasında bildirib.

Polkovnikin sözlərinə görə, Türkiyənin Bakıdakı hərbi paradda iştirakı müharibə olacağı təqdirdə bu ölkənin Azərbaycanın yanında olacağının əyani sübutdur:

"Erməni tərəfi gecikməsin deyə ildırım sürətilə öz silahlarını modernləşdirməlidir. Hər hansı ölkənin bizim haqqımızda nə düşünməyindən asılı olmayaraq, bütün maliyyə resursları müdafiə sahəsinə yönləndirilməlidir. Müharibə qaçılmazdır. Hər kəs, böyükdən kiçiyə buna hazır olmalıyıq. Bu, 2016-ci ilin aprel hadisələrinin təkrarı olmayacaq. Faktdır ki, Azərbaycan Qarabağla Ermənistanı birləşdirən yolları - Arpa çayının yanında yerləşən Arpa kəndi və Basarkeçər (Vardenis) şəhərini kimi hədəf seçib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan daha geniş miqyaslı müharibəyə hazırlaşır. Rəsmi Bakı Arpa kəndi istiqamətində öz mövqelərini qabağa çəkməklə Ararat, Keşişkənd və Arpa kəndini nəzarətdə saxlayır və bu, reallıqdır. Bu, hündürlük barədə erməni tərəfi deyir ki, bura əslində texnika çıxarmaq mümkün deyil. Əslində isə ora texnika çıxarmaq lazım deyil. Bura yalnız qarşı tərəfə vəziyyətə nəzarət etmək və əməliyyatlar zamanı düzgün taktiki gediş barədə göstəriş vermək üçün lazımdır".

K.Qumaşyan Ermənistan Müdafiə Nazirliyini kəskin tənqid edib: "Ermənistan Müdafiə Nazirliyi öz adını tam doğruldur, çünki yalnız müdafiə olunur. Gözləyirik ki, bizə hücum edəcəklər, biz də müdafiə olunaq. Müharibə genişmiqyaslı olacaq, bunu Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnikası sübut edir. Ermənistanda ordu talan olunan zaman Azərbaycan hərbi texnikanın modernləşdirilməsi və ordu quruculuğu ilə məşğul idi".

Polkovnik, həmçinin qeyd edib ki, Azərbaycan Ordusunun hazırlıq və döyüş qabiliyyəti yüksək səviyyədədir: "Parad zamanı mən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığını ciddi şəkildə izləyirdim. Silahlar yeni idi. Hətta sıra hazırlığı öz intizamı üzrə Koreya ordusunu xatırladırdı. Müharibədən keçən şəxsi bu cür vəziyyət çox ciddi narahat edir. Onlar yeni silahlarını göstərdi. Ehtimal ki, Azərbaycan payızda və ya yazda müharibəyə başlayacaq. Ona görə deyirəm, bizim vaxtımız yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1303   Tarix: 29 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Şəhid Elşən Yunisli dəfn olundu - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib. Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. *. 11:20. Vətə

27 iyun 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021