Hansı deputatların tapançası var?

Hansı deputatların tapançası var?Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən "Xidməti və mülki silah haqqında" Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur:

"Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".

Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.

Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.

İyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və onun mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalması xidməti silah gəzdirmək mövzusunu bir xeyli aktuallaşdırıb.

Maraqlıdır, Elmar Vəliyev olayından sonra deputatlar da xidməti silah əldə etmək haqda düşünüblərmi?..

Modern.az saytının əməkdaşı mövzuyla bağlı bir neçə deputatın fikrini öyrənib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov xidməti silah almaq üçün Daxili İşlər Nazirliyinə müraciət etmədiyini və indi də bu haqda düşünmədiyini deyib:

"Əvvəllər deputatın xidməti silahdan istifadə etməsi ilə bağlı norma müvafiq qanunda vardı. Daha sonra isə bu norma qanundan çıxarıldı. Guya, deputatın silah gəzdirmək hüququna malik olmasının nə mənası var ki? Məncə deputat hər zaman xalqın yanında olmalıdır, insanların problemlərin dinləməlidir, heç kimə pislik etməməlidir. Deputat bacardığı qədər insanların problemlərini dinləməli, həmin problemlərin həlli istiqamətində işlər görməlidir. Mənim kiminləsə ədavətim olmadığına görə də silah gəzdirməyə də ehtiyacım yoxdur və bu haqda düşünmürəm də".

Hüquq siyasəti və dövlət qurucuuluğu komitəsinin üzvü Fəzail Ağamalı mövzu ilə bağlı danışmaq istəməyib.

"Bu məsələ artıq mənim üçün bitib. Dəfələrlə demişik, parlamentdə çıxışlar etmişik. Milli Məclisin deputatlarının bəziləri deyir ki, xidməti silah verilməlidir, bəziləri də deyir ki, verilməli deyil. Mən bu məsələ ətrafında fikir mübadiləsi aparmaq istəmirəm".

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov xidməti silah əldə etmək üçün Daxili İşlər Nazirliyinə müraciət etməyib.

"Bir ara xeyli deputat xidməti silah əldə etmişdi. Onda biz də götürmüşdük. Amma hazırda xidməti silahım yoxdur. Buna ehtiyac da görmürəm. Silah alanda adamın ovcu qaşınır. Hesab edirəm ki, insanlara yaxın olmaq lazımdır. Onların dərdinə-şərinə şərik olmaq lazımdır. O gün deputat həmkarım Əli Məsimlinin "Bəzi məmurlar ölkəni avtopilotla idarə etmək istəyirlər" başlığı altında olan yazısını oxudum. Düz deyir də... Çoxu öz işləri ilə məşğuldur, nəinki dövlətin işi ilə".

İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli vaxtilə xidməti silah gəzdirdiyini deyib. İndi isə buna ehtiyac görmür.

"Mən vaxtilə yüksək vəzifələrdə işləmişəm. O zaman mənim xidməti silahım olub. Bildiyimiz ki, deputatın silah gəzdirmək hüququ var. Bunun üçün DİN-ə müraciət etməlidir. Şəxsən mən deputat fəaliyyətim zamanı xidməti silah gəzdirməyə ehtiyac duymamışam. Deputat həmkarımın çoxu da xidməti silah almayıb. Bizim daha çox avtomobilə ehtiyacımız var. Onunla da təmin oluna bilmirik. Bu çox çətin prosedur olduğuna görə, mən partiyanın avtomobilindən istifadə edirəm. Hesab edirəm ki, deputatın xidməti avtomobilinin olması daha vacibdir. Çünki deputat Milli Məclisə, tədbirlərə, seçicilərlə görüşə yollanan zaman həmin avtomobildən istifadə etməlidir. Amma xidməti silahım yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5232   Tarix: 09 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel